Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Seymur Orucov giriş nitqində Ulu Öndərin şərəfli ömür yolu, dövlətçilik fəaliyyətindən və Vətən qarşısındakı misilsiz xidmətlərindən söz açaraq bildirib ki, xalqımız və gələcək nəsillər ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını hər zaman dərin minnətdarlıqla xatırlayacaqlar. İşğal altında olan torpaqlarımızın azad olunaraq ölkəmizin suverenliyinin tam bərpa olunması, Azərbaycanın dünyanın qabaqcıl ölkələri ilə bir sırada qərarlaşması məhz Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.
Tədbirdə Ağstafa rayon Məhkəməsinin sədri Natiq Abbasov, əməkdar müəllim İndira Vəliyeva, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Elvin Musayev, Ağstafa Meliorasiya və Su Təsərrüfatı İdarəsinin, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məsul əməkdaşları Ülviyyə Cənnətova və Murad Babakişiyev, rayon ağsaqqalı Fəxrəddin Səfiyev çıxış edərək Ulu Öndərin dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlərdən, ölkəsinin tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıblar.
Ağstafa rayonunun ümumtəhsil məktəblilərinin şagirdləri, Kərimli Aylin Ruslan qızı, Yusifli Bənövşə Anar qızı və Muradova Banu Adil qızının təqdimatında Xalq şairi Zəlimxan Yaqubun “Görən torpaq bilirmi?” şeirindən hazırlanmış kompozisiya nümayiş etdirilib.