Ukrayna Xəzərdə daha bir əməliyyat keçirib - İrandan Rusiyaya silah daşiyan gəmilər vurulub
Ukrayna Xəzər dənizində iki Rusiya gəmisinə hücum edib. Gəmilər İrandan hərbi texnika və silah daşıyırdı. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna mediası Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, "Qara Qığılcım" partizan hərəkatı ilə birlikdə bu gəmiləri məhv etmək üçün xüsusi əməliyyat uğurla həyata keçirilib. Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Telegram-dakı bəyanatında deyilir: "Vurulan gəmilər Rusiya Federasiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilən və İran ilə Rusiya arasında hərbi yüklərin tədarükündə iştirak etdiklərinə görə ABŞ sanksiyalarına məruz qalan "Bəstəkar Raxmaninov" və "Askar-Sarıja" gəmiləridir"
Oxunub: 39
Xəbəri paylaş
Paylaş:





















