Misli Premyer Liqası: "Kəpəz" "Qəbələ"ni məğlub etdi
Misli Premyer Liqasında 15-ci turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan iki oyundan biri başa çatıb. Əvəlcə "Kəpəz" "Qəbələ"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlmişdi. Günün digər oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" rəqibini darmadağın edib - 5:0. 14 dekabr (bazar) 14:00. “Kəpəz” – “Qəbələ” - 1:0 Qol: Ryonosuke Ohori, 54 Qırmızı vərəqə: İbrahim Sanqare, 38 ("Qəbələ") 17:30. “Qarabağ” – “Araz-Naxçıvan” 13 dekabr (şənbə) “Turan Tovuz” - “Sabah” - 1:3 “Şamaxı” - “Zirə” - 2:1 15 dekabr (bazar ertəsi) 14:00. “İmişli” - “Karvan-Yevlax” 19:00. “Neftçi” - “Sumqayıt” Bombardirlər: Karim Rossi ("Şamaxı") - 6 qol
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Azersun Arena”
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol





















