Göygöldə avtomobil piyadanı vuraraq öldürdü
Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində baş verib. Məlumata görə, Gəncə şəhər sakini İlham Qurbanovun idarə etdiyi “Kia” markalı avtomobil Kəlbəcər rayonundan olan məcburi köçkün, hazırda Üçtəpə kəndində yaşayan 1965-ci il təvəllüdlü Mehralı Məmmədovu vurub. 60 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş:





















