Xadimə şagirdi bıçaqladı - Məktəbdə dəhşət
Gaziantep şəhərinin Nizip rayonunda məktəbdə xadimə ilə şagird arasında baş verən mübahisə davaya çevrilib. Mediaxeberleri.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dava zamanı xadimə bıçaq çıxararaq 6 yaşlı Efecan B.-ni bıçaqlayıb. Hadisə 10 dekabr 2025-ci il tarixində Nizip rayonunun Fıstık Kent məhəlləsində baş verib. İddiaya görə, məktəbdə xadimə işləyən R.Y. şagirdlə mübahisə edib. Mübahisə qısa zamanda davaya çevrilib və 6 yaşlı Efecan B. bıçaqlanıb. Yaxınlıqdakı sakinlərin məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Müalicə edilən uşağın vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisədən sonra nəzarətə alınan xadimə R.Y. həbs edilərək cəzaevinə göndərilib. Hadisə ilə bağlı araşdırma başlanıb.





















