Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Ağstafada ehsan süfrəsi təşkil olunub
Mediaxeberleri.Az xəbər verir ki, bununla əlaqədar bu gün Ağstafa rayon ictimaiyyəti üçün Mərasim evində ehsan süfrəsi açılıb. Mərasimdə Ulu Öndərin ruhuna dualar oxunub, Qurandan surələr səsləndirilib. Mərasimdə rəsmi şəxslər, ziyalılar, şəhid ailələri və qazilər, aztəminatlı şəxslər iştirak ediblər.
Ağstafa rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anım günündə onun əziz xatirəsini dərin ehtiramla yad edib.





















