"Böyük futbolda normal təklif olsa, dəyərləndirəcəyəm"
"Böyük futbolda normal təklif olsa, dəyərləndirəcəyəm". Mediaxeberleri.Az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı"nın futbolçusu Təmkin Xəlilzadə yarışdan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. O, karyerasını bitirmədiyini söyləyib: "Son olaraq "Zirə"də çıxış etmişəm. Baş məşqçi Rəşad Sadıqovla görüşdük və halallaşdıq. Premyer Liqa və ölkə xaricindən təkliflər var idi. Lakin ortaq məxrəcə gələ bilmədik. Minifutbolda oynamağı səbirsizliklə gözləyirəm". Xəlilzadə turnirin maraqlı alınacağını vurğulayıb: "Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Məşqlərimiz davam edir və yaxşı hazırlaşırıq". Qeyd edək ki, "Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq.