Dünya çempionatının finalında çıxış edəcək 48 komandanın tam siyahısı bilindi
2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək 48 komandanın tam tərkibi bəlli olub. Mediaxeberleri.Az xəbər verir ki, mundiala son vəsiqələri qitələrarası pley-off mərhələsinin qalibləri Konqo Demokratik Respublikası (DR) və İraq milliləri əldə ediblər. Onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər. Konqo DR Yamaykaya 1:0, İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, mundialın qrup mərhələsinin tərkibi belə müəyyənləşib: A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə E qrupu: Almaniya, Ekvador, Kot-d`İvuar, Kürasao F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde I qrupu: Fransa, Seneqal, Norveç, İraq J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.





















