Əmircanlı ağsaqqal: "Yaşlı adamın eşqi daha dərin olur" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı paytaxtın Əmircan qəsəbəsinin sakini Yusif Rəfiyev olub. O, gənclər arasındakı sevgi münasibətlərindən söz açıb. "Cavanlar bir-birlərini şiddətlə sevib evlənirlər, bir müddət sonra isə aralarındakı məhəbbət azalır. Amma əsl sevgi istədiyin insan yanında olanda belə onun üçün darıxmaqdır. Yaşlı adamın eşqi daha dərin olur", - deyə Əmircan sakini bildirib. Yusif Rəfiyev, həmçinin keçmişin dostluq münasibətlərindən də bəhs edib: "O vaxtlar dostluqlar başqa cür idi. Biz səhər açılandan dostlarımızla birlikdə olardıq, günorta isə bir-birimizin evinə gedib yemək yeyərdik. Hər günümüz bir keçər, dənizə, futbol oynamağa gedərdik".
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















