Əli Əsədov: "Azərbaycan bundan sonra da TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır"
"Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə fəal töhfə verməyə, üzv dövlətlərlə çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığı daha da inkişaf etdirməyə hazırdır". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov TDT-yə üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib. O bildirib ki, cari ildə Azərbaycanın sədrliyi çərçivəsində təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin irəli aparılması istiqamətində məqsədyönlü səylər davam etdiriləcək: "Əminik ki, ortaq siyasi iradə, qarşılıqlı dəstək və praqmatik yanaşma nəticəsində təşkilatımızın nüfuzu və təsir imkanları daha da artacaq, xalqlarımızın rifahına xidmət edən yeni layihələr həyata keçiriləcək. Bugünkü görüşün də qarşılıqlı anlaşma, səmərəli müzakirələr və konkret nəticələrlə yadda qalacağına inanıram".





















