Türkiyə millisi 24 il sonra dünya çempionatında!
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirir. Mediaxeberleri.Az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşir. Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq. İsveç öz meydanında Polşanı üstələyib və DÇ-2026-ya vəsiqə əldə edib. Bu gecə həmçinin İtaliya millisi Bosniya və Herseqovinanın qonağıdır. Çexiya isə Danimarka ilə üz-üzə gəlir. 31 mart DÇ-2026, pley-off mərhələsinin final oyunları 22:45. Kosovo – Türkiyə - 0:1 Qol: Aktürkoğlu, 53 Priştina, Kosovo 22:45. İsveç – Polşa - 3:2 Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 - Zalevski, 33, Sviderski, 55 Solna, İsveç 22:45. Bosniya və Herseqovina – İtaliya - 1:1 (Əlavə vaxt) Qollar: Tabakoviç, 79 - Kin, 15 Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya) Zenitsa, Bosniya və Hersoqovina 22:45. Çexiya – Danimarka - 1:1 (Əlavə vaxt) Qollar: Sulç, 3 - Andersen, 72 Praqa, Çexiya





















