İran Gürcüstana xəbərdarlıq etdi
İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ-la bağlı xəbərdarlıq edib. Mediaxeberleri.Az Globalinfo.az-a istinadən xəbər verir ki, səfir X sosial şəbəkəsində paylaşdığı mesajda Gürcüstana üstüörtülü xəbərdarlıq ünvanlayıb. “Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – deyə, o bildirib. Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur.
Oxunub: 53
Xəbəri paylaş
Paylaş:





















