İrandan Trampın atəşkəs açıqlamasına: Yalandır
İran atəşkəs üçün ABŞ-a müraciət etməyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib. O bildirib ki, İranda ABŞ-la danışıqlar məsələsini müzakirə etməyə hazır deyillər. Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İranın yeni rejiminin prezidentinin atəşkəs istədiyini açıqlayıb.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















