Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Muğanlı kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, artan hərbi gücündən söz açaraq bildirib ki, bu strategiya həm də beynəlxalq miqyasda Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ümumilikdə regionda sülh və sabitliyin təminatına xidmət edir. Dövlətimiz son illərdə beynəlxalq aləmdə nüfuzunun artması, milli maraqlarını uğurla müdafiə etməsi və öz suverenliyini bərpa etməsi sayəsində regionda lider kimi çıxış edir.
Vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciətlərin qanunvericiliyə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.