Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
  • Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
  • Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
  • Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
  • Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
  • Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
  • Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
  • Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
  • Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
  • Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • Gəncəyə ilk raket hücumundan altı il ötür
  • Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
  • Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
  • Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
  • "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
  • Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
  • Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
  • Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda “200 illik işğal və soyqırımı siyasətinə ideoloji əks-hücum effekti” başlıqlı tədbir keçirilib

  • Tarix: 31-03-2026, 17:34

Martın 31-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş  “200 illik işğal və soyqırımı siyasətinə ideoloji əks-hücum effekti” başlıqlı tədbir keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev,  şəhid ailələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film və sərgi nümayiş etdirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. G.Həsənova Ulu Öndər Heydər Əliyevin Mart soyqırımı haqqında dediyi “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmaların üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur” dəyərli fikirlərini diqqətə çatdırıb. Müavin bildirib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.  Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mart soyqırımı və digər erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində bütün zəruri addımlar atıldı. Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarximizin saxtalaşdırılmasına yol verilməməsi üçün Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar, deportasiyalar dünya ictimaiyyətinə tanıdıldı, xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdikləri soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Bu məsələyə prinsipial yanaşma nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir.

Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildirib ki, Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha geniş və dolğun çatdırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilib. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına dair imzaladığı Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov çıxış edərək bildirib ki,  ermənilərin öz xəyallarında uydurduqları “Böyük Ermənistan dövləti”nin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəldilmiş genişmiqyaslı proqramlar hazırlanıb və reallaşdırılıb. Bu məsələlər xüsusilə XIX əsrin axırlarında yaradılmış "Armenakan", "Hnçaq", "Daşnaksütyun" və digər bu kimi şovinist erməni millətçi partiyaların proqramlarında geniş yer alırdı. Azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı təcavüzlərin həyata keçirilməsi də məhz bu planların tərkibi idi.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, tam 108 il bundan qabaq törədilmiş tarixə Mart Soyqırımı və ya Mart hadisələri adı ilə qara hərflərlə yazılmış bu vəhşilik 3 gün ərzində erməni silahlıları tərəfindən Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilib. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” pərdəsi altında Şaumyan başda olmaqla 1918-ci il martın axırlarında “milli qırğın” təşkil etdilər. Bu müsalmanlara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Qırğının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Lakin  statistikadan daha dəhşətlisi o günlərdə icra olunan vəhşət, zülüm, yıxılan xanimanlar, parçalanıb divarlara mismarlanan uşaqlar, su və neft quyularına diri-diri və ya öldürülüb atılan insanlar idi ki, sinfi adı altında milli bir qətliamın qurbanı olmuşdular. Bu daşnakların intiqamı idi. Azərbaycan fikrini daşıyan, istiqlal əqidəsi ilə pərvazlanan soydaşlarımızın məhv etməklə milliyyət və hürriyyət fikrini, azərbaycançılıq ideyasını yox etməyin, beyinlərində formalaşdırdıqları və həyata keçirə bilmədikləri böyük ermənistan xülyasının intiqamı Bakı və digər yerlərdə tökülən qanlar ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha da alovlandırdı.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, Azərbaycanda XX əsrin sonu milli şüurun oyanışının yeni mərhələsi ilə xarakterizə olunur. Soykökünə, milli tarixinə qayıdış tarixi tədqiqatların istiqamətinə də təsir göstərdi. Bütün sahələrdə olduğu kimi soyqırımı və deportasiyalar tarixinə müraciət də təkcə elmi müstəvidə deyil, dövlət səviyyəsində də aktuallaşdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixi məsələləri yeni mərhələyə qədəm qoydu. Azərbaycanla Ermənistan arasında Qarabağ müharibəsinin ağır nəticələri ideoloji mübarizənin vacibliyini və hətta bu mübarizədə gecikdiyimizi ortaya qoydu. Bu səbəbdən Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətinin tarixinin açılmasına, bu tarixin tədqiq və təbliğinə ciddi yanaşma sərgilədi.


Oxunub: 874
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    Bu gün, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    Bu gün, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    Bu gün, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    Bu gün, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    Bu gün, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    Bu gün, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    Bu gün, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    Bu gün, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    Bu gün, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Bu gün, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    Bu gün, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    Bu gün, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    Bu gün, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    Bu gün, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    Bu gün, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    Bu gün, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    Dünən, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    Dünən, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Dünən, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    Dünən, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    Dünən, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    Dünən, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    Dünən, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    Dünən, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    Dünən, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    Dünən, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    Dünən, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    Dünən, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    Dünən, 12:33 | Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
    Dünən, 12:30 | 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
    Dünən, 12:29 | Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
    Dünən, 12:27 | İlham Əliyev İraq prezidentini təbrik etdi
    Dünən, 12:25 | Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
    Dünən, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    Dünən, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    Dünən, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    Dünən, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    Dünən, 11:00 | Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
    Dünən, 10:59 | ADY-dən yağışlı hava ilə bağlı çağırış
    Dünən, 10:56 | Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
    2-10-2026, 21:11 | Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
    2-10-2026, 20:59 | Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
    2-10-2026, 20:50 | Rusiya Cənub körpüsünü vurdu
    2-10-2026, 20:49 | Azərbaycan - Litva oyununu o idarə edəcək
    2-10-2026, 20:43 | ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
    2-10-2026, 20:35 | ABŞ bu ölkəyə yanacaq daşıyan gəmini saxladı
    2-10-2026, 20:33 | Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar
    2-10-2026, 20:27 | DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.