Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu tatamiyə çıxır
Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci yarış günündə üç cüdoçumuz tatamiyə çıxacaq. Oğlanlar arasında -73 kq çəkidə Süleyman Əliyev və Vüsal Qələndərzadə, -81 kq çəkidə Ömər Rəcəbli güclərini sınayacaqlar. Yarış Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Qeyd edək ki, cüdoçularımız ilk gündə üç medal qazanıblar. Nizami İmranov qızıl, gümüş medallara sahib olub. Qadınların mübarizəsində Aydan Vəliyeva bürünc medal əldə edib.
Oxunub: 223
Xəbəri paylaş
Paylaş: