Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“Ayıq sürücü” xidmətindən çağırılan sürücünün sərxoş olması ilə bağlı açıqlama verilib. Vətəndaş Tural Hüseynov xezerxeber.az-a bildirib ki, sürücünün sərxoş olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb. Paytaxt sakini qeyd edib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir. Məsələ ilə bağlı sözügedən “ayıq sürücü” xidmətindən bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir. Belə ki, müştəriyə təyin edilən sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si işləmək üçün yerinə Fərid adlı dostunu göndərib. “Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”, - deyə şirkətin nümayəndəsi bildirib. Ətraflı süjetdə: 11:04 Vətəndaşın çağırdığı ayıq sürücü sərxoş çıxıb. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, vətəndaş içkili sükan arxasına keçmək istəmədiyi üçün ayıq sürücü çağırıb. Gələn ayıq sürücü isə spirtli içki qəbul etdiyindən yolda yol polis tərəfindən saxlanılıb. Sürücüyə protokol tərtib edilib və buraxılıb, vətəndaşın nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.Bizimlə əlaqə saxlayın