Arıqlamağa kömək edən 7 möcüzəli qida - SİYAHI
Dietoloqlar arıqlamağa kömək edən zərərli qidaları açıqlayıb. Mediaxeberleri.Az saglamolun.az-a istinadən həmin siyahını təqdim edir: Bəzi şirniyyatlar arıqlamağa kömək edir. Dietoloqların fikrincə, pankek kimi şirniyyatlar arıqlamağa kömək etsə də, orqanizm üçün zərərlidir. Pankek tərkibində olan tam buğda unu ilə qan şəkəri səviyyəsini balanslaşdırır. Bu cür şirniyyatları təzə meyvə, az yağlı qatıq kimi qidalarla istehlak etmək daha faydalıdır. Araşdırmalar göstərir ki, qidalar diyetoloqların pəhriz siyahısında əsas yerləri tutur. Hər bir qidanın, təbii yağların, bitkilərin, meyvə və tərəvəzlərin müxtəlif faydası var. Bəzi qidalar da tərkibindəki maddələrin yağ yandırıcı olması özəlliyini özündə daşıyır. Araşdırmalar göstərir ki, bu qidalar diyetoloqların pəhriz siyahısında əsas yerləri tutur. Kilo verdirən 7 möcüzəli qida Qara paxla: Qara paxla lif və protein baxımından olduqca zəngin olsa da, tərkibində yağ yoxdur. Onun tərkibindəki flavonid maddəsinin qarın bölgəsindəki yağların ərimə prosesini sürətləndirdiyi deyilir. Partlamış qarğıdalı: Duzlu qarğıdalı nə qədər qəribə görünsə də, arıqlamağa kömək edir. Sadəcə duzunun az olmasına fikir verin. Tərkibində tam taxıl kimi maddələr olduğu üçün sağlamlıq üçün olduqca faydalıdır. Alma sirkəsi: Alma sirkəsi yağları yandıran ən məşhur vasitədir. Ancaq həddindən artıq istifadə etmək olmaz. Alma sirkəsini salatlara dad vermək üçün, yaxud hər səhər bir stəkan suya 1 çay qaşığı əlavə edərək içə bilərsiniz. O, yağ turşularını yandırdığı üçün bədənə yağ anbarı yığılmasına imkan vermir. Çərəzlər: Fındıq və meyvə quruları kalorili olmasına baxmayaraq, doymamış yağlardan ibarət olduğu üçün artıq çəki almağa qoymur. Əksinə toxluq hissi verdiyi üçün çox yeməyin qarşısını alır. Soyuq kartof: Salatlara qatılan kartoflar mayonez istifadə edilmədiyi halda isti kartofla müqayisədə daha az qlisemik indeksə sahib olur. Bu qida soyuduğu zaman içindəki liflər formasını dəyişdirir və daha rahat həzm olunan hala gəlir. Göbəyə qarşı armud: Ən şirin və sulu armud olsa belə, liflə zəngin olduğu üçün kalori baxımından kasıbdır. Səhər və axşam yeməyindən əvvəl 1 ədəd armud yeyə bilərsiniz. Tərkibindəki antioksidantlar sayəsində qarın hissədə yığılan heyvan mənşəli yağların yanmasını sürətləndirir. Çay da arıqladır: Çayın yağları yandırıcı xüsusiyyəti elmi araşdırmalarda öz təsdiqini tapıb. Bəyaz Çin çayı yağ hüceyrələrinin həcmlərinin 70 faizə qədər daha az yağ saxlamasını təmin edir.Məqaləyə dair fotomateriallar: