“Dünya” qəzetinin sahibi barəsində QƏRAR
Türkiyənin “Dünya” qəzetinin sahibi Umut Güner ev dustaqlığı və ölkədən çıxış qadağası şərtləri ilə məhkəmə nəzarətinə buraxılıb. Güner İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarlarında əməliyyatlarla bağlı apardığı fond araşdırması çərçivəsində saxlanılmışdı. Araşdırma çərçivəsində barəsində məhkəmə nəzarəti tədbirləri seçilən Günerin həbsdə saxlanılması başa çatıb, lakin o, istintaq müddətində ev dustaqlığı və ölkədən çıxış qadağasına əməl etməlidir.

Qeyd edək ki, Umut Güner 2024-cü ilin yanvarında “Dünya” qəzetinin sahibi olub. O, nəşrin imtiyaz sahibliyini Didem Demirkentdən təhvil alıb. Güner daha əvvəl “Beşiktaş” klubunun rəhbərliyində müxtəlif vəzifələrdə çalışıb.|Bakıvaxtı
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















