Soğan niyə bahadır? - VİDEO
Bazarlarda soğanın qiyməti artıb. Paytaxt bazarlarında piştaxtalarda soğanın qiyməti 1 manata qədər yüksəlib. Satıcılar ötən ilin indiki dövrü ilə müqayisədə artımın olduğunu deyirlər. Topdan satış bazarlarında 1 kisə soğan 25 manata təklif olunur. Satıcıların fikrincə, bahalaşmaya səbəb məhsulun azlığıdır. Bölgələrdə də qiymət artımı olduğu deyilir. Bərdə bazarında 1 kiloqram soğanın qiyməti təxminən 60-70 qəpik arasında dəyişir. Qırmızı soğan isə alıcılara ortalama 1 manata təklif olunur. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















