“Neftçi” liderliyə yüksəldi
Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq. Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək. "Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar. *** "Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar. Xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyi ələ keçirib. "Şamaxı" isə 13 xalla yeddincidir.





















