Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
8 Noyabr Zəfər Günü ərəfəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Düzqışlaq, Kolayır, Qarahəsənli və Xılxına kəndlərində şəhidlərimizin ailə üzvlərinin iştirakı ilə Vətən naminə canını fəda edən oğullarımızın məzarlarını ziyarət edib. Ziyarətlərdə şəhid məzarları üzərinə tər qərənfillər düzülüb, Vətən oğullarının ruhuna dualar oxunub, onların keçdiyi şərəfli döyüş yolu bir daha qürurla xatırlanıb. Torpaqlarımızın azadlığı naminə canlarını sipər edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır! 






Oxunub: 43
Xəbəri paylaş
Paylaş:





















