Göygöldə qəzada dörd nəfər xəsarət aldı
Göygöl rayonunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var. Mediaxeberleri.Az-ın məlumatına görə, rayon ərazisində "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Zərərçəkənlər - 2005-ci il təvəllüdlü O. Abbaszadə, 2004-cü il təvəllüdlü X. İsmayılov, 2005-ci il təvəllüdlü T. Məhərrəmov və 2005-ci il təvəllüdlü Ü. Bayramlı xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















