Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb. Məlumata görə, restoranda təxminən 34 əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini bildirib. Onlardan beşinin vəziyyəti ağır olduğundan xəstəxanaya aparıldığı qeyd olunur. Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş:





















