Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
  • Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
  • Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
  • Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
  • Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Məktəbin qabağında dini şüarlar səsləndirdilər
  • Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
  • Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
  • 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
  • Sabah yağış yağacaq
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
  • “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
  • Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
  • Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?

  • Tarix: Bu gün, 14:11

İran-İsrail qarşıdurması və ABŞ-ın İrana endirdiyi zərbələr hərbi itkilərlə yanaşı, regionda ekoloji təhlükəsizliklə bağlı narahatlıqları da artırıb. Neft və sənaye obyektlərinin, su infrastrukturlarının zədələnməsi atmosferin, torpağın və su ehtiyatlarının zəhərli maddələrlə çirklənməsi riskini yaradır. Yanğınlardan yayılan tüstü və təhlükəli hissəciklər insan sağlamlığına, kənd təsərrüfatına və təbii ekosistemlərə uzunmüddətli təsir göstərə bilər.

İranın su qıtlığı və həssas sahilyanı ekosistemləri nəzərə alınarsa, hərbi əməliyyatların nəticələri gələcəkdə daha genişmiqyaslı ekoloji və humanitar problemlərə səbəb ola bilər. Neft, sənaye və su infrastrukturlarına dəyən zərər Xəzər dənizinə və Fars körfəzinə necə təsir göstərə bilər və bu, uzunmüddətli ekoloji böhran yarada bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında ekoloq Aynurə Miriyeva bildirib ki, İranın coğrafi mövqeyi, enerji sənayesinin genişliyi, su ehtiyatlarının məhdudluğu və sahilyanı ekosistemlərinin həssaslığı hərbi əməliyyatların ekoloji təsirlərini daha da mürəkkəbləşdirir. Atmosferə yayılan zəhərli qazlar və yanma məhsulları, torpağa sızan neft və kimyəvi maddələr, eləcə də su infrastrukturlarına dəyən zərər bir-biri ilə əlaqəli ekoloji problemlər yarada bilər.

Onun sözlərinə görə, bu təsirlər yalnız münaqişənin baş verdiyi ərazilərlə məhdudlaşmaya, hava axınları, çaylar və dəniz cərəyanları vasitəsilə daha geniş coğrafiyaya yayıla bilər. Bununla belə, potensial təhlükə ilə artıq təsdiqlənmiş ekoloji zərəri fərqləndirmək vacibdir: “Konkret obyektlərə dəyən zərərin miqyası, çirkləndiricilərin miqdarı və onların dəniz ekosistemlərinə çatması barədə etibarlı ölçmələr olmadan Xəzər və ya Fars körfəzində genişmiqyaslı ekoloji fəlakətin baş verdiyini söyləmək düzgün olmazdı. Əsas məsələ hərbi zərbələrin mümkün nəticələrini elmi əsaslarla qiymətləndirmək və bu risklərin hansı şəraitdə uzunmüddətli böhrana çevrilə biləcəyini müəyyənləşdirməkdir. İranın enerji infrastrukturu ölkənin iqtisadiyyatında mühüm yer tutur. Neft emalı zavodları, yanacaq anbarları, boru kəmərləri və neft terminalları hərbi əməliyyatlar zamanı zədələndikdə, ətraf mühit üçün bir neçə istiqamətdə təhlükə yaranır. İlk növbədə, yanğınlar nəticəsində atmosferə his, incə toz hissəcikləri, uçucu üzvi birləşmələr və digər zərərli yanma məhsulları yayılır. Bu maddələr tənəffüs sisteminə mənfi təsir göstərməklə yanaşı, külək vasitəsilə zərbə zonasından kənara da daşına bilər.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) 2026-cı ilin martında regiondakı münaqişənin ekoloji nəticələri barədə açıqlamasında neft obyektlərindəki yanğınların tüstüsünün insan sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Təşkilatın qiymətləndirməsinə görə, yanma məhsulları torpağa və suya daxil ola, yeraltı sulara süzülə və kənd təsərrüfatı məhsullarında toplana bilər.

Neft və sənaye obyektlərinin dağıdılması zamanı yaranan təhlükə yanğınların söndürülməsi ilə aradan qalxmır. Torpağa hopmuş neft qalıqları, ağır metallar və sənaye kimyəvi maddələri uzun müddət ərazidə qala bilər. Yağıntılar həmin çirkləndiriciləri drenaj sistemlərinə, çaylara və sahilyanı sulara daşıya bilər. Nəticədə çirklənmə bir ərazidən digərinə keçərək su ehtiyatlarına və canlı orqanizmlərə təsir göstərə bilər”.

Ekoloq deyib ki, xüsusilə sənaye tullantılarının tərkibindəki təhlükəli maddələrin miqdarı, onların kimyəvi xüsusiyyətləri və ətraf mühitdə parçalanma sürəti böyük əhəmiyyət daşıyır. Bəzi çirkləndiricilər nisbətən qısa müddətdə təsirini itirsə də, digərləri çöküntülərdə və canlı orqanizmlərdə uzun müddət qala bilər: “Buna görə də hərbi əməliyyatlardan sonra ekoloji zərərin müəyyənləşdirilməsi yalnız vizual müşahidələrlə deyil, laborator analizlər və davamlı monitorinqlə aparılmalıdır. Fars körfəzi hərbi qarşıdurmanın ekoloji nəticələri baxımından ən həssas ərazilərdən biridir. Burada iri neft və qaz infrastrukturu, beynəlxalq gəmiçilik marşrutları, balıqçılıq sahələri və sahilyanı yaşayış məntəqələri bir-birinə yaxın yerləşir. Körfəzin dayaz və yarımqapalı su hövzəsi olması, okeanla su mübadiləsinin məhdudluğu və yüksək temperatur şəraiti çirklənmənin nəticələrini daha da ağırlaşdıra bilər.

Digər mühüm təhlükə mərcan rifləri, dəniz otlaqları və manqrov meşələri kimi həssas yaşayış mühitlərinin zədələnməsidir. Xüsusilə Hörmüz boğazı və ona yaxın sahələrdə yerləşən Hara manqrov meşələri biomüxtəliflik, balıqların çoxalması və köçəri quşların yaşayışı baxımından əhəmiyyətlidir. Bu ərazilərdə baş verən neft sızması yalnız suyun keyfiyyətini pisləşdirməklə kifayətlənməyə, qida zəncirinin müxtəlif mərhələlərinə də təsir göstərə bilər. Regiondakı ekoloji risklərə dair məlumatlarda zədələnmiş gəmi və sahilyanı enerji infrastrukturu ilə əlaqəli neft və kimyəvi çirklənmə təhlükələri də qeyd olunur”.



A.Miriyeva vurğulayıb ki, Xəzər dənizi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. İranın şimal sahilləri Xəzər hövzəsinin bir hissəsidir və bu ərazidə yerləşən sənaye müəssisələrinə, neft obyektlərinə və digər infrastruktur sahələrinə dəyən zərər dəniz mühitinə təsir göstərə bilər: “Bununla belə, Fars körfəzi ilə Xəzər dənizinin bir-birindən ayrı su hövzələri olduğunu nəzərə almaq vacibdir. Fars körfəzində baş verən neft sızması dəniz cərəyanları vasitəsilə birbaşa Xəzər dənizinə keçmir. Xəzər üçün təhlükələr əsasən üç istiqamətdə qiymətləndirilə bilər.

Birincisi, İranın Xəzəryanı ərazilərində yerləşən neft, qaz və sənaye obyektlərinin zədələnməsi nəticəsində yaranan çirklənmədir. Neft məhsullarının dənizə, sahilyanı torpaqlara və çaylara daxil olması suyun keyfiyyətini pisləşdirə, balıqların və digər su orqanizmlərinin yaşayış şəraitini dəyişə bilər. Xəzər dənizinin özünəməxsus ekosistemi, o cümlədən nərəkimilərin və Xəzər suitisinin yaşayışı bu baxımdan xüsusi diqqət tələb edir. UNEP Xəzər hövzəsini çoxsaylı endemik növlərə və mühüm bataqlıq ərazilərinə malik unikal ekoloji sistem kimi xarakterizə edir.

İkincisi, atmosfer vasitəsilə çirkləndiricilərin daşınması ehtimalıdır. İranın müxtəlif ərazilərindəki sənaye yanğınlarından yaranan tüstü və hissəciklər meteoroloji şəraitdən asılı olaraq uzaq məsafələrə yayıla bilər. Lakin konkret çirkləndiricilərin Xəzər sahillərinə çatıb-çatmadığını müəyyənləşdirmək üçün külək istiqaməti, atmosferin vəziyyəti və hava nümunələrinin laborator nəticələri araşdırılmalıdır.

Üçüncüsü, regional ekoloji monitorinqin zəifləməsi riskidir. Hərbi gərginlik sahilyanı ərazilərdə ölçmə işlərini, elmi ekspedisiyaları və fövqəladə hallara cavab tədbirlərini çətinləşdirə bilər. Belə şəraitdə çirklənmə vaxtında aşkar edilmədikdə, onun qarşısının alınması daha baha və mürəkkəb prosesə çevrilir.

Xəzər dənizinin ekoloji vəziyyəti onsuz da neft-qaz fəaliyyəti, sənaye və məişət tullantıları, çaylar vasitəsilə daxil olan çirkləndiricilər və biomüxtəlifliyin azalması kimi problemlərlə üzləşir. Müharibə bu mövcud təzyiqləri gücləndirə bilər. Buna görə də İran ərazisində baş verən hadisələrin Xəzərə təsirini qiymətləndirərkən həm yeni çirklənmə mənbələri, həm də hövzənin əvvəlki ekoloji problemləri nəzərə alınmalıdır”.

Ekoloq əlavə edib ki, İran ərazisindəki hərbi əməliyyatların ekoloji nəticələri Azərbaycan üçün də əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizi ilə həmsərhəd olması, dənizdə neft-qaz fəaliyyətinin aparılması və sahilyanı ərazilərin iqtisadi və ekoloji əhəmiyyəti regional çirklənmə risklərinin diqqətlə izlənilməsini zəruri edir: “Bununla yanaşı, İranın cənubunda baş verən neft sızmasının avtomatik olaraq Azərbaycan sahillərinə çatacağını söyləmək elmi baxımdan düzgün deyil. Xəzər və Fars körfəzi ayrı su hövzələridir. Azərbaycan üçün daha birbaşa əhəmiyyət daşıyan məsələlər İranın Xəzəryanı ərazilərindəki mümkün çirklənmə, atmosfer vasitəsilə daşınan hissəciklər və regional ekoloji monitorinqin davamlılığıdır.

Xəzər dənizinin mühafizəsi üzrə əməkdaşlığın əsas hüquqi çərçivələrindən biri Tehran Konvensiyasıdır. Bu konvensiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında dəniz mühitinin qorunmasına yönəlmiş əməkdaşlıq mexanizmlərini müəyyən edir. 2025-ci ilin noyabrında konvensiya çərçivəsində transsərhəd ekoloji təsirlərin qiymətləndirilməsinə dair yeni protokolun qüvvəyə minməsi regionda ekoloji risklərin birgə qiymətləndirilməsi baxımından əhəmiyyətli addım olub”.

Sonda ekspert Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün bir neçə istiqamətdə əməkdaşlığın vacib olduğunu qeyd edib: “Davamlı ekoloji monitorinq: Xəzər sahillərində suyun, dib çöküntülərinin və atmosferin keyfiyyətinin müntəzəm yoxlanılması.

Operativ məlumat mübadiləsi: Sənaye qəzası, neft sızması və ya təhlükəli maddələrin yayılması hallarında məlumatların gecikmədən paylaşılması.

Birgə elmi qiymətləndirmə: Dəniz ekosistemlərinin həssaslığının və çirkləndiricilərin yayılma ehtimalının elmi modellərlə araşdırılması.

Fövqəladə hallara hazırlıq: Neft sızmalarına qarşı mübarizə vasitələrinin, laborator imkanların və sahilyanı mühafizə planlarının gücləndirilməsi.

Bu tədbirlər yalnız hazırkı münaqişə ilə əlaqəli risklərin azaldılmasına deyil, Xəzər dənizinin mövcud ekoloji problemlərinin həllinə də töhfə verə bilər”.

Oğuz Ayvaz

"AzPolitika.info"


Oxunub: 32
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:53 | Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
    Bu gün, 14:43 | Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
    Bu gün, 14:41 | Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
    Bu gün, 14:39 | Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
    Bu gün, 14:37 | Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
    Bu gün, 14:36 | Məktəbin qabağında dini şüarlar səsləndirdilər
    Bu gün, 14:29 | Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
    Bu gün, 14:26 | İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
    Bu gün, 14:25 | Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
    Bu gün, 14:24 | 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
    Bu gün, 14:11 | İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    Bu gün, 14:05 | Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
    Bu gün, 13:50 | Sabah yağış yağacaq
    Bu gün, 13:44 | Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Bu gün, 13:32 | Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Bu gün, 13:09 | TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
    Bu gün, 13:07 | “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
    Bu gün, 13:05 | Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:03 | Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
    Bu gün, 12:59 | Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Bu gün, 12:56 | Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"
    Bu gün, 12:54 | KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    Bu gün, 08:24 | Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"
    Bu gün, 07:57 | Ağstafada tövlədə 10 ton ot bağlaması yanıb
    Bu gün, 07:42 | Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Bu gün, 07:40 | Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
    Bu gün, 07:35 | Azərbaycan boksçusu Avropa çempionu oldu
    Bu gün, 07:20 | İdmandan kənar: 13 il heç kimə məğlub olmayan "Rusiya ayısı" necə yarandı?
    Bu gün, 07:16 | Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
    Bu gün, 07:13 | Uşaqlarda sızanaqları yanlış vasitələrlə müalicə etməyin təhlükələri
    Bu gün, 07:10 | Bu gəmilər düşmən hesab ediləcək - SEPAH
    Bu gün, 07:07 | Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
    Dünən, 18:03 | MHP-nin kortejində qəza: ölü və yaralılar var
    Dünən, 18:02 | AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
    Dünən, 18:01 | Sabahın havası bu insanlar üçün əlverişlidir
    Dünən, 17:59 | Kamboca baş naziri Azərbaycana gəldi
    Dünən, 17:57 | Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
    Dünən, 17:55 | Boksçumuz Avropa çempionu oldu
    Dünən, 17:54 | Katz HƏMAS liderini ölümlə təhdid etdi
    Dünən, 16:52 | Biləsuvarda ağır qəza: ölü və yaralılar var
    Dünən, 16:51 | Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
    Dünən, 16:48 | Miqrantları daşıyan qayıq batdı: 109 ölü
    Dünən, 16:44 | Goranboyda həkim dərmandan zəhərləndi
    Dünən, 16:43 | Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari
    Dünən, 16:40 | Moskvaya hücum: İki PUA vuruldu
    Dünən, 16:39 | Əməkdar jurnalist vəfat etdi
    Dünən, 16:01 | Qazaxda Gürcüstan vətəndaşı olan TIR sürücüsü avtomobilində ölü tapıldı
    Dünən, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Dünən, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Dünən, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.