Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
Ağstafa rayonu S.Məmmədov adına Poylu kənd tam orta məktəbin qarşısında qəza baş verib. Mediaxeberleri.Az-ın xəbərinə görə, hadisə S.Məmmədov adına Poylu kənd tam orta məktəbin həyətində baş verib. Bazar günü şagirdlərin məktəbin həyətinə toplanmasının səbəbi, fotosesiya olub. Qəzanı məktəbin şagirdi törədib. Qəza zamanı 2 nəfər xəsarət alıb. Hadisə Ağstafa rayonu S.Məmmədov adına Poylu kənd tam orta məktəbin rəhbərliyinin səriştəsizliyi, idarəetmə nöqsanları və peşəkar yanaşma əskikliyi səbəbindən baş verib. Bu idarəetmə qüsurları bədbəxt hadisələrə, maliyyə pozuntularına, qanunsuz pul yığımlarına və media ilə yaranan qarşıdurmalara yol açır. Digər mühüm məsələ məktəb rəhbərliyinin məsuliyyətidir. Məktəbdə baş verən belə bir hadisəyə görə direktorun və müvafiq vəzifəli şəxslərin məsuliyyəti məsələsi də ciddi araşdırılmalıdır. Məktəb yalnız təhsil verilən məkan deyil, həm də uşaqların davranış mədəniyyətinin, məsuliyyət hissinin və qanunlara hörmətinin formalaşdığı bir mühitdir. Bu baxımdan, məktəb rəhbərliyi öz şagirdlərinin davranışına, məktəbdə nizam-intizamın təmin edilməsinə görə məsuliyyət daşıyır. Məktəb direktorunun Mediaxeberleri.Az-a verdiyi cavaba görə, onun baş verən hadisədən xəbəri olmayıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəblərin yarısından çoxunda belə qanunsuzluqlar var. 






















