“Neftçi” “Şamaxı” sınağında
Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq. Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək. "Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















