Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
  • Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
  • Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
  • Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Məktəbin qabağında dini şüarlar səsləndirdilər
  • Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
  • Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
  • 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
  • Sabah yağış yağacaq
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
  • “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
  • Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
  • Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?

  • Tarix: Bu gün, 13:44

Nazirlər Kabinetinin şagirdlərin geyimi ilə bağlı qərarı hicab müzakirəsini yenidən aktuallaşdırıb: qarşılıqlı iddialar, hər kəsin söykəndiyi “əsaslar” nə qədər desən...

Ancaq illah ki, bu müzakirə açılıb, bəlkə, sərhədlərini və əhatə dairəsini daha geniş götürək?

Əvvəlcə onu mütləq şəkildə bilməliyik ki, geyim tərzi - istər başörtüsü, istər çadra, istər əba, çuxa, kürk, börü, papaq, yapıncı - hər şey coğrafi yerləşimlə, iqlimlə birbaşa bağlıdır. Yəni xalqlar tarixən milli geyimləri havadan qoxulayıb almayıblar, hava şəraitinin diktəsi ilə geyim formalaşdırıblar və əlbəttə ki, sonradan bu geyimlərə xüsusi bəzəklər-filan da əlavə olunub.

Hazırda müzakirə edilən hicab, ximar, çadra da Ərəbistanda yaşayan xalq və ya xalqların qədim milli geyim tərzidir. Yəni indi islam geyimi atributları kimi qəbul edilənləri islam dini icad etməyib.

Başın bağlanması, qadınların evdən çıxarkən çadra adlandırdığımız “uzun parça”ya bürünməsi, yaşmaqlanması, bəzi hallarda gözünü də tülün arxasında gizlətməsi - Ərəbistanda islama qədər qadınların istifadə etdiyi norma idi. Çünki Ərəbistanda cəhənnəm istisi olduğunu və insanların günəşdən qorunması gərəkdiyini xüsusi izah etməyə ehtiyac yoxdur.

Həmçinin əhəmiyyətli hissəsi səhradan ibarət olan bu coğrafiyada ağzı, gözü, üzü - hər yeri bağlamadan çöldə hərəkət etmək çox çətindir. Əgər bir azca, düymə boyda açıq yer qalarsa, ordan bədənə, saça dolan qumu suyun çətin tapıldığı və müasir hamamların olmadığı o coğrafiyada təmizləməyin necə məşəqqətli olduğunu təsəvvür etmək asandır.

BakuPost
Və Ərəbistanda yalnız qadınlar bu cür qapanmırdılar, eyni geyim tərzi kişilərə də aid idi: kişilər də başlarına çalma vurur, hər yerlərini örtən əba geyinir, sifətlərini gündən qorumaq üçün niqab və ya təbii örtükdən - saqqaldan - istifadə edirdilər (qum fırtınalarında təbii ki, saqallarını da bərk-bərk bağlayırdılar) və hazırda da belədir.

Yəni xalqlar hansı iqlim şəraitində yaşayıblarsa, milli geyim tərzləri də ona uyğun formalaşıb.

Zəruri bir əlavə də edək ki, hazırda soyuqdəymədən və ya günvurmadan qorunmağın ən ideal yolu da milli geyimdir: əgər insan milli geyiminə riayət etsə, daha az xəstələnər.

Nə qədər qəribə də olsa, Ərəbistanda bu milli geyim zaman keçdikcə həm də sosial statusun istifadəsinə çevrilmişdi. Yalnız elitaya aid şəhərli xanımlar, azad qadınlar başı örtmək, üzü gizləmək, ictimai yerdə çadraya bürünmək haqqına sahib idi, qul və kənizlərin bu haqqı yox idi. Azad olmayan qadınlara “azad qadınlar” bu haqqı vermirdilər - çünki gözəl, sağlam qalmaq, günəşdə yanmamaq, quma batmamaq ancaq zadəgan qadına aid ola bilərdi.

BakuPost
İslam - ilk başdaca bu ədalətsizliyi aradan qaldırdı, qul və kənizlərin də gözəl qalmaq, günəşdən və qumdan qorunmaq haqqını tanıdı. İslamı qəbul edən kənizlər də qapanmalıydı və bu, həm də onların sosial mənsubiyyətini gizlətmək fürsəti idi.

Qurani-Kərimdə qadınların qapanması ilə bağlı ayələrə baxaq:

“Mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və zinadan qorunsunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, atalarından, ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, müsəlman qadınlardan, sahib olduqları kölələrdən, ehtirasını itirən kişi xidmətçilərdən, qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər...” (ən-Nur, 31).

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir”. (əl-Əhzab, 59).

“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və onun elçisinə itaət edin...” (əl-Əhzab, 32-33).

“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır”. (əl-Əhzab, 53).

Müqəddəs kitabda qadınların “qapanma ayələri” bunlar olmalıdır - əlbəttə ki, daha dəqiqini ilahiyyatçılar bilər. Sadəcə əlçatan olan bu məlumatları paylaşmaq və 4 ayədən 3-nün Peyğəmbərimizin ailəsinə aid olduğunu vurğulamaqla düşünməyi və nəticə çıxarmağı özünüzə buraxıram.

Yalnız bir-iki məqama toxunmaqla:

1. Ərəb zəngin qadınlar ayaqlarına qızıl bağlayır və yeriyərkən ayaqlarını yerə bərk vururdular ki, qızıllar bir-birinə dəyib səs çıxarsın, bu, onların varlı və deməli, üstün olmalarının nümayişi idi;

2. Cahiliyyə dövründə açıq-saçıq gəzməyə məcbur olmaları yada salınır;

3. Çadra - həm də tanınmadan gəzməyə, rahat olmağa imkan yaradır...

Türklər və azərbaycanlıların geyimi

Türklərin, o cümlədən azərbaycanlıların milli geyimlərini hər yerdə görə və incələyə bilərsiniz: baş örtüsü - kəlağayı, arakçın, papaq... - var, amma hicaba və buna bənzər nəyəsə ehtiyac yoxdur, çünki iqlim ərəblər kimi qapanmağı diktə etmir.

BakuPost
Yeri gəlmişkən, tərəkəmə həyatında “büsbütün örtülən” çobanlardır - motalpapaq və yapıncı ilə. O geyimi də Çöl, hava şəraiti diktə edib.

BakuPost
Həmçinin ərəb ənənələri ilə türk ənənələri, ərəb əxlaqı ilə türk əxlaqı arasında böyük fərqlər var: türklərdə qız uşaqlarına xor baxılmayıb, ərəblərdən fərqli olaraq, doğulan kimi diri-diri basdırılmayıb, qız kimi də, evin xanımı kimi də, ana kimi də haqqı yüksək səviyyədə qorunub.

Türklərdə xanımların öz kimliklərini gizləməsinə ehtiyac yox idi - çünki türklərdə “cahiliyyə dövrü” olmayıb, türklərin bilinən bütün tarixində xalq öz qanunlarına, törəsinə tapınıb.

Sonradan ərəblərin geyim tərzi Qurandakı bəzi ayələrdən sui-istifadə edilməklə siyasi-ideoloji təbliğat vasitəsinə çevrildi və zaman-zaman bundan istifadə olundu: Sufilər ağ dəvə yunundan əba geyinirdilər, adlarının da burdan yaranması iddiası var; elə qızılbaşların da.

Yaxud bığını qırxıb, saqqalını uzadanlar, gödəkbalaqlar...

Geyim həmin təriqətin, məzhəbin nümayişidir: eyni dini ideologiyanı bölüşdüyünü kənardan bildirmək, bir-birini dərhal tanımaq və ünsiyyətə, birləşməyə imkan yaratmaq üçün.

BakuPost
Yəni islamın yayılması ilə geyimlər də 1400 ildir siyasi-ideoloji təbliğat silahına çevrilib.

Azərbaycan da Tacikistandan, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan sonra qərar verdi ki, bu siyasi-ideoloji silahın tətiyində başqalarının barmağı var və heç olmasa, orta məktəbləri - təhsil-tərbiyə ocaqlarını qorusun.

Azərbaycan doğrumu qərar verdi?

Əvvəla:

Hicabın fəlsəfəsi ilə Azərbaycanda bəzilərinin başörtüsü arasında ziddiyyəti də vurğulamalıyıq. Hicabın altından saçın xüsusi yığılması, bədən əzalarını göstərən kip paltar geyinilməsi... - bu artıq bədəvi milli paltarından stil düzəldib, özünə daha çox diqqət çəkməkdir - əlbəttə ki, tam səmimi hicab bağlayanlar qətiyyən bu iradı özlərinə qəbul etməməlidirlər.

İkincisi:

Deyə bilərsiniz ki, Orta Asiya ölkələri qərar verib, Azərbaycan, məsələn, niyə Kanadadan deyil, Qazaxıstandan “nümunə” götürür? Axı hərdən təkəbbürlə Avropa ölkəsi olduğumuzu deyirik!

Bu məqamda hicabın orta məktəbdə qadağan olunduğu Kuzey Kıprısın adını dərhal vurğulamaq lazım gəlir - yəni söhbət Asiyada, Avropada yerləşməkdən getmir, söhbət nümunədən də getmir - məsələ kimlərinsə ərəb milli paltarını azərbaycanlı uşaqların boyuna biçməsindən və altşüurunda qurdalanmasından gedir.

Üçüncüsü:

Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün 6 ildən çoxdur quru sərhədlərini bağlı saxlamağa davam edir. Bu, ölkə iqtisadiyyatına, turizmə ciddi ziyan vurur, buna baxmayaraq, müəyyən ideoloji-siyasi təsir-təzyiqlərin öhdəsindən gəlmək üçün dövlət bunu vacib sayır.

Azərbaycan təhlükəsizlik səbəbindən özünə ziyan vurmaq bahasına sərhədini bağlı saxlayırsa, demək ki, hicabla bağlı narahatlığı da səbəbsiz deyil - yoxsa ağrımayan başına dəsmal niyə bağlayır?!

Dördüncüsü:

20-ci əsrin əvvəllərində qadın azadlığı ilə bağlı Azərbaycan ziyalıları şəhid də verdi (Hüseyn Ərəblinski), ancaq böyük prosesdən geri durmadı. İndi necə bu əks-prosesə göz yummaq olar?

Bu və saymadığımız digər arqumentlərlə tam mənası ilə demək mümkündür: Nazirlər Kabineti doğru yolu izləyir! Amma bu doğru yolun tətbiqi mexanizmi doğru deyil.

İnsan elə bir varlıqdır ki, nə qadağan edilirsə, ona doğru can atır - bu, Adəmlə Həvvanın cənnətdən qovulmasından üzü bəri belədir. Bəlkə də alma (və ya buğda) qadağan edilməsəydi, Həvva nənəmiz ona heç toxunmayacaqdı və indi hicab dartışması əvəzinə cənnətdə kef edirdik!

İranda başı açıq gəzmək qadağandır - son illərdə neçə dəfə İran qadınları kütləvi aksiyalara çıxıb, çadralarını yandırıb, başörtüsüz həyat uğrunda savaşa girib? Nə qədər şəhid verib İran xalqı bu yolda?

Ona görə də təbliğatla, maarifçiliklə, hər detalı açıq izah etməklə düzgün istiqaməti davam etdirmək lazımdır.

Biz axı “qılınc müsəlman” deyilik - ümid edirəm ki, sözdən qanarıq...

Anar Niftəliyev

Oxunub: 54
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:43 | Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
    Bu gün, 14:41 | Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
    Bu gün, 14:39 | Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
    Bu gün, 14:37 | Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
    Bu gün, 14:36 | Məktəbin qabağında dini şüarlar səsləndirdilər
    Bu gün, 14:29 | Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
    Bu gün, 14:26 | İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
    Bu gün, 14:25 | Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
    Bu gün, 14:24 | 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
    Bu gün, 14:11 | İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    Bu gün, 14:05 | Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
    Bu gün, 13:50 | Sabah yağış yağacaq
    Bu gün, 13:44 | Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Bu gün, 13:32 | Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Bu gün, 13:09 | TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
    Bu gün, 13:07 | “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
    Bu gün, 13:05 | Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:03 | Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
    Bu gün, 12:59 | Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Bu gün, 12:56 | Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"
    Bu gün, 12:54 | KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    Bu gün, 08:24 | Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"
    Bu gün, 07:57 | Ağstafada tövlədə 10 ton ot bağlaması yanıb
    Bu gün, 07:42 | Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Bu gün, 07:40 | Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
    Bu gün, 07:35 | Azərbaycan boksçusu Avropa çempionu oldu
    Bu gün, 07:20 | İdmandan kənar: 13 il heç kimə məğlub olmayan "Rusiya ayısı" necə yarandı?
    Bu gün, 07:16 | Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
    Bu gün, 07:13 | Uşaqlarda sızanaqları yanlış vasitələrlə müalicə etməyin təhlükələri
    Bu gün, 07:10 | Bu gəmilər düşmən hesab ediləcək - SEPAH
    Bu gün, 07:07 | Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
    Dünən, 18:03 | MHP-nin kortejində qəza: ölü və yaralılar var
    Dünən, 18:02 | AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
    Dünən, 18:01 | Sabahın havası bu insanlar üçün əlverişlidir
    Dünən, 17:59 | Kamboca baş naziri Azərbaycana gəldi
    Dünən, 17:57 | Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
    Dünən, 17:55 | Boksçumuz Avropa çempionu oldu
    Dünən, 17:54 | Katz HƏMAS liderini ölümlə təhdid etdi
    Dünən, 16:52 | Biləsuvarda ağır qəza: ölü və yaralılar var
    Dünən, 16:51 | Putin Şröderi görəndə təəccübləndi, tapşırıq verdi ki... - Peskov
    Dünən, 16:48 | Miqrantları daşıyan qayıq batdı: 109 ölü
    Dünən, 16:44 | Goranboyda həkim dərmandan zəhərləndi
    Dünən, 16:43 | Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari
    Dünən, 16:40 | Moskvaya hücum: İki PUA vuruldu
    Dünən, 16:39 | Əməkdar jurnalist vəfat etdi
    Dünən, 16:01 | Qazaxda Gürcüstan vətəndaşı olan TIR sürücüsü avtomobilində ölü tapıldı
    Dünən, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Dünən, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Dünən, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Dünən, 12:00 | Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.