Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
Noyabrın 1-dən etibarən Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı qanunla tamamilə məhdudlaşdırılıb. 15-18 yaş arası yeniyetmələr üçün isə sosial şəbəkələr daha təhlükəsiz şərait yaratmalı, o cümlədən valideyn nəzarəti mexanizmlərini tətbiq etməlidir. Yeni hesabların yaradılması zamanı yaşın yoxlanılması məcburi olacaq. Artıq mövcud olan istifadəçi hesablarının yeni tələblərə uyğunlaşdırılması üçün 2027-ci il martın 31-dək keçid müddəti müəyyən edilib.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















