Salyanda ağır qəza: ölənlər var
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















