Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub. Mediaxeberleri.Az-ın Oxu.Az-a istinadla məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri - 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov yük avtomobili ilə yola çıxıblar. Belə ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin evə məişət əşyaları aparmaq məqsədilə "QAZel" markalı yük avtomobili ilə yola düşüblər. Lakin səfər faciə ilə nəticələnib. Qəza zamanı hər iki şəxs hadisə yerində həyatını itirib. Qeyd edək ki, toqquşmanın gücündən "QAZel" markalı yük avtomobili iki hissəyə bölünüb. Faktla bağlı araşdırma davam etdirilir. ------- Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. Mediaxeberleri.Az Oxu.Az-a istinadla onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. Müəllif: Ülkər Vəliyeva 
Məqaləyə dair fotomateriallar:























