Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
  • Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
  • İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
  • Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
  • Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
  • Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
  • Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
  • Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
  • 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
  • Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
  • Zelenski Türkiyəyə səfər edəcək
  • Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
  • Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
  • Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
  • Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

  • Tarix: Bu gün, 14:28

Xəzər dənizinin səviyyəsinin azalması region üçün getdikcə daha ciddi ekoloji və iqtisadi problemə çevrilir. Dənizin geri çəkilməsi sahilyanı ərazilərin mənzərəsini dəyişməklə yanaşı, biomüxtəlifliyə, gəmiçiliyə və enerji infrastrukturuna da təsir göstərir.

Mediaxeberleri.Az Coğrafiya İnstitutunun "Xəzər dənizinin coğrafiyası" laboratoriyasının müdiri Səid Səfərovun "Kaspi" qəzetinə müsahibəsini təqdim edir:

- Laboratoriya olaraq apardığınız son monitorinqlər Xəzər dənizinin hazırkı səviyyəsi və vəziyyətin kritikliyi barədə nə deyir?

- Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. Yaz aylarında yağan güclü yağışlar səbəbindən martdan iyuna qədər dəniz səviyyəsinin enməsi müəyyən qədər ləngiyib. Lakin iyundan etibarən azalma prosesi yenidən davam edib. Bir sıra dəniz müşahidə məntəqələrinin məlumatlarına əsasən, Xəzərin səviyyəsi artıq 29 metr həddindən də aşağı düşüb. Bu, son 48 ilin ən aşağı göstəricisidir.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Xəzər niyə geri çəkilir?

- Bunun müxtəlif səbəbləri var. Onlardan biri antropogen amillərdir. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsi, ilk növbədə, su balansından - hövzəyə daxil olan və itirilən suyun miqdarı arasındakı fərqdən asılıdır. Hazırda həm Volqa çayının, həm də Xəzərə tökülən digər çayların sularından təsərrüfat məqsədləri üçün geniş istifadə olunur. Bundan başqa, çay hövzələrində, xüsusilə Volqa çayı üzərində çoxsaylı iri su anbarları yerləşir. Onların ümumi sahəsi 36 min kvadratkilometrdən çoxdur. Su elektrik stansiyalarının normal fəaliyyətini təmin etmək üçün həmin anbarlarda müəyyən su səviyyəsinin qorunması da tələb olunur. Nəticədə suyun bir hissəsi anbarlarda saxlanılır və Volqa çayının Xəzərə çatdırdığı suyun həcmi azalır. İqlim amilləri də bu prosesə təsir göstərir. Qlobal istiləşmə və temperaturun yüksəlməsi dənizin səthindən buxarlanmanı artırır. Volqa hövzəsinin şimal ərazilərində temperatur artımının daha intensiv olması yay aylarında buxarlanmanı gücləndirir. Yağıntıların Xəzərin su balansına təsiri nisbətən azdır. Burada əsas rolu çayların gətirdiyi suyun həcmi və dənizin səthindən buxarlanma oynayır. İqlim dəyişmələri buxarlanmanı artırmaqla yanaşı, çayların su ehtiyatlarına da təsir göstərir. Nəticədə dənizin su balansı pozulur və səviyyəsi tədricən aşağı düşür.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

"Xəzərin çirklənməsi problemi də dərinləşir"

- Əhali artımı dənizin su balansına və ekoloji vəziyyətinə necə təsir göstərir?

- Əhalinin sayının artması mühüm amillərdən biridir. Xəzər dənizinin sahilində yerləşən şəhərlər getdikcə böyüyür. Məsələn, Bakının ərazisi 30-40 il əvvəlki dövrlə müqayisədə xeyli genişlənib. Türkmənistan, Rusiya və Qazaxıstanda da sahilyanı şəhərlər inkişaf edir, əhalinin sayı və suya tələbat artır. Nəticədə həmin şəhərlərin su təchizatı üçün çaylardan daha çox su götürülür. Bu da çaylar vasitəsilə Xəzərə daxil olan suyun həcminin azalmasına təsir göstərə bilər. Üstəlik, əhali artımı və iqtisadi fəaliyyətin genişlənməsi Xəzərin çirklənməsi problemini də dərinləşdirir. Kanalizasiya sularının və sənaye obyektlərindən daxil olan çirkləndiricilərin dənizə axıdılması suyun keyfiyyətini pisləşdirir.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Bu proses Xəzərin canlı aləminə də təhdidlər yaradır?

- Bəli. Təsəvvür edin ki, bir stəkan suya bir parça qənd atırıq. Sonra stəkanın yarısına qədər suyu boşaldıb eyni miqdarda qənd əlavə edirik. Bu halda suda şəkərin qatılığı daha yüksək olacaq. Eyni prinsiplə yanaşsaq, şəkərin əvəzinə çirkləndirici maddəni götürə bilərik. Xəzərin səviyyəsi aşağı düşdükcə suyun həcmi azalır. Eyni miqdarda çirkləndirici maddə daha az suya qarışdıqda onun qatılığı arta bilər. Nəticədə çirkləndiricilərin dənizdə yaşayan canlılara mənfi təsiri güclənir. Xəzərdə müxtəlif balıq növləri, planktonlar, suitilər və su bitkiləri yaşayır. Çirklənmənin təsiri canlı növlərinin həssaslıq dərəcəsindən asılıdır. Bəzi balıq növləri müəyyən səviyyədə çirklənməyə uyğunlaşaraq populyasiyalarını qoruyub saxlaya bilsə də, digər növlər üçün eyni səviyyədə çirklənmə ölümcül ola bilər. Xüsusilə nərəkimilərin vəziyyəti narahatlıq doğurur. Bu qiymətli balıqların təbii populyasiyaları ciddi azalma ilə üzləşib. Hazırda onların sayını artırmaq məqsədilə xüsusi müəssisələrdə yetişdirilən balıqlar su hövzələrinə buraxılır. Lakin bu tədbirlərin təbii populyasiyaların bərpasına nə dərəcədə töhfə verdiyi ayrıca qiymətləndirilməlidir. Nərə balıqlarının həyat dövrü müəyyən ekoloji şəraitlə sıx bağlıdır. Məsələn, çayların dənizə töküldüyü ərazilərdə şirin və duzlu suların qarışması nəticəsində xüsusi hidrokimyəvi mühit yaranır. Bu ərazilər bir çox balıq növünün çoxalması üçün mühüm əhəmiyyət daşıyır. Çaylardan həddindən artıq su götürülməsi həmin ərazilərin xüsusiyyətlərini dəyişdirə, balıqların kürü tökməsi və nəslini artırması üçün əlverişli şəraiti zəiflədə bilər. Süni şəraitdə yetişdirilən balıqların dənizə buraxılması da problemin tam həlli deyil. Onların yaşaması və çoxalması üçün uyğun mühit olmalıdır. Su hövzəsinin çirklənməsi, yaşayış şəraitinin dəyişməsi və digər ekoloji amillər bu balıqların sağ qalmasına təsir göstərə bilər.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Xəzərin çirklənməsi daha çox hansı ərazilərdə müşahidə olunur?

- Əsas çirklənmə zonalarından biri Bakı buxtasıdır. Bakıdan gələn kanalizasiya sularının bir hissəsi və sənaye tullantıları bu əraziyə daxil olur. Neft emalı zavodlarının tullantıları da Xəzərin çirklənməsində rol oynayıb. Bəzi müəssisələrin köçürüldüyü deyilsə də, çirklənmənin təsiri hələ də hiss olunur. Bakı buxtasında çirklənmənin qarşısı alınsa belə, əvvəllər dənizin dibinə çökmüş çirkləndirici maddələr uzun müddət problem olaraq qalır. Dalğalanma zamanı bu maddələrin bir hissəsi yenidən suya qarışır. Bundan başqa, buxtada su mübadiləsinin məhdud olması çirkləndiricilərin yayılmasına və uzaqlaşdırılmasına təsir göstərir. Digər mühüm çirklənmə mənbəyi Volqa çayıdır. Rusiyanın kənd təsərrüfatı və sənaye obyektlərinin əhəmiyyətli hissəsi Volqa hövzəsində yerləşir. Buna görə də çay vasitəsilə Xəzərə böyük miqdarda çirkləndirici maddələr daxil olur. Çirkab suların təmizlənməsi sistemlərinin səmərəli işləməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məişət tullantıları, o cümlədən yuyucu vasitələrin tərkibindəki maddələr də su ekosistemlərinə zərər verə bilər. Volqanın gətirdiyi suyun həcminin çox olması onun mütləq təmiz olması demək deyil. Əksinə, çay Xəzərə həm böyük miqdarda su, həm də çirkləndiricilər gətirə bilər. Kür çayı da müəyyən miqdarda çirkləndirici maddələr daşıyır. Bundan başqa, Mil-Muğan və Şirvan kollektorları vasitəsilə suvarılan ərazilərdən geri qayıdan sular Xəzərə çatır. Bu suların tərkibində duzlar və digər çirkləndirici maddələr ola bilər. Qazaxıstanın Aktau ətrafındakı sahillərində, eləcə də Türkmənistan ərazilərində neft hasilatı və emalı ilə bağlı çirklənmə riskləri mövcuddur. Müqayisədə, Xəzərin cənub hissəsində, o cümlədən Lənkəran zonasında vəziyyət nisbətən yaxşıdır.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Bəs dənizin səviyyəsinin azalması sahillərin hansı hissələrində daha aydın nəzərə çarpır?

- Bu, ən çox Neftçala zonasında və ona yaxın ərazilərdə nəzərə çarpır. Dənizin dayaz olduğu yerlərdə səviyyənin azalması sahil xəttinin daha çox geri çəkilməsinə səbəb olur. Məsələn, Lənkəran və Astarada ölçmələr aparmışıq. Çimərliklərdə apardığımız ölçmələrə əsasən, Astarada sahil xəttinin təxminən 35 metr, Lənkəranda isə 45 metr geri çəkildiyini hesablamışıq. Burada sahilin maililiyi də nəzərə alınmalıdır. Əgər sahil daha az maili olsaydı, çəkilmə daha geniş ərazidə hiss olunardı.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Xəzərin geri çəkilməsi regionun gələcəyini necə dəyişə bilər?

- Xəzərin səviyyəsinin azalması artıq həm dənizin coğrafi görünüşündə, həm də ekoloji vəziyyətində özünü göstərir. Cənab Prezident də qeyd edib ki, dənizin çəkilməsi nəticəsində təxminən 30 min hektar ərazi sudan azad olub. Bu, yeni torpaq sahələrinin yaranması deməkdir. Lakin həmin ərazilərin kənd təsərrüfatı üçün nə dərəcədə yararlı olması ayrıca araşdırılmalıdır. Dənizin çəkilməsi sahilyanı ərazilərdə yerləşən infrastruktura, gəmiçiliyə və ekoloji vəziyyətə də təsir göstərir. Digər mühüm problem kanalizasiya və tullantı sularının axıdılması sistemləri ilə bağlıdır. Dənizin səviyyəsi aşağı düşdükcə əvvəllər suyun altında qalan bəzi borular üzə çıxa və onların dənizə nisbətən mövqeyi dəyişə bilər. Bu sistemlər nəzərdə tutulan dərinlikdə yerləşmədikdə, tullantı sularının sahilyanı ərazilərə təsiri arta bilər. Nəticədə xoşagəlməz qoxular və ekoloji problemlər yaranır. Bunu bəzən Bakı bulvarı ərazisindən keçərkən də hiss etmək mümkündür. Gələcək proqnozlara gəldikdə isə, müasir iqlim modelləri əsasında Xəzər dənizinin səviyyəsində baş verə biləcək dəyişikliklər hesablanır. Bu hesablamalarda CMIP6 iqlim modellərinə əsaslanan müxtəlif ssenarilər nəzərə alınır. Onlardan biri Paris Sazişinin hədəflərinə əməl olunmasını, digəri isə iqlim dəyişmələrinin məhdudlaşdırılması istiqamətində öhdəliklərin tam yerinə yetirilməməsini nəzərdə tutur. Mövcud hesablamalara əsasən, hətta Paris Sazişinin hədəflərinə əməl olunsa belə, əsrin sonunadək Xəzərin səviyyəsinin 8-9 metr aşağı düşəcəyi proqnozlaşdırılır. İqlim öhdəlikləri yerinə yetirilməzsə, bu göstərici 18-19 metrə çata bilər. Bunlar ən mənfi ssenarilərə əsaslanan proqnozlardır. Belə bir azalma Xəzər dənizi və ətraf ölkələr üçün fəlakətli nəticələr doğura bilər.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Ən pis proqnoz reallaşarsa, regionda hansı mənzərə ilə üzləşəcəyik?

- Xəzərin səviyyəsinin 18-19 metr aşağı düşməsinin nə demək olduğunu təsəvvür edin. Bu halda Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər. Dəniz çəkildikcə tamamilə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bu isə külli miqdarda vəsait tələb edir. Belə bir ssenari gəmiçilik və dəniz nəqliyyatı üçün də ciddi problemlər yaradacaq. Şimali Xəzərin orta dərinliyi hazırda təxminən 5 metrdir, ən dərin hissələrində isə bu göstərici 20-22 metrə çatır. Artıq indidən Şimali Xəzərdə gəmi hərəkəti ilə bağlı ciddi çətinliklər mövcuddur. Dənizin səviyyəsi daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və Volqa çayı ilə əlaqəsi, demək olar ki, kəsiləcək. Çay dənizə ayrı-ayrı qollarla tökülsə də, iri gəmilərin hərəkəti mümkün olmayacaq. Xəzər həm də mühüm enerji mənbəyidir. Burada neft və qaz hasil olunur. Hasilat infrastrukturu dənizin müəyyən səviyyəsi və dərinliyi nəzərə alınmaqla qurulub. Səviyyənin kəskin azalması neft və qaz hasilatında, eləcə də onların daşınmasında ciddi problemlər yarada bilər. Mövcud nəqliyyat və hasilat sistemlərinin fəaliyyəti çətinləşəcək. Buna görə də alternativ həllər tapılmalı, yeni layihələr hazırlanmalı və əlavə infrastruktur qurulmalıdır. Bütün bunlar isə çox böyük maliyyə vəsaiti tələb edəcək.

Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto

- Bəs çayların suyundan necə istifadə olunmalıdır ki, həm enerji istehsalı, həm də Xəzərin su təminatı nəzərə alınsın?

- Xəzərə tökülən çayların suyundan daha səmərəli və qənaətlə istifadə olunmalıdır. Aprel ayında Astanada keçirilən sammitdəki çıxışımda Rusiyanın su elektrik stansiyalarının fəaliyyətinə yenidən baxılmasını təklif etmişdim. Mənim fikrimcə, bu stansiyaların ölkənin ümumi enerji potensialındakı payı və onların fəaliyyəti nəticəsində su ehtiyatlarının idarə olunmasına yaranan təsirlər birlikdə qiymətləndirilməlidir. Rusiyanın təbii qaz ehtiyatlarını da nəzərə alsaq, müəyyən hallarda su elektrik stansiyalarının qazla işləyən istilik elektrik stansiyaları ilə müvəqqəti əvəzlənməsi variantı araşdırıla bilər. Belə olan halda su anbarlarında səviyyənin enerji istehsalının tələblərinə uyğun sabit saxlanılması zərurəti azalar. Bir hövzədə su ehtiyatlarının qorunması digər hövzələrin su təminatını təhlükə altına atmamalıdır. Bu məsələ Azərbaycan üçün də aktualdır. Məsələn, Kür çayının suyundan kənd təsərrüfatında istifadə zamanı itkilərin azaldılması vacibdir. Suyun səmərəsiz istifadəsi həm ehtiyatların azalmasına, həm də torpaqların şoranlaşmasına səbəb olur. Buna görə də müasir irriqasiya üsullarının tətbiqi və suvarma sistemlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır.


Oxunub: 34
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Bu gün, 15:07 | Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Bu gün, 15:04 | 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
    Bu gün, 15:01 | Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
    Bu gün, 14:56 | İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
    Bu gün, 14:50 | Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
    Bu gün, 14:43 | "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    Bu gün, 14:28 | Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bu gün, 14:19 | Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
    Bu gün, 14:17 | Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
    Bu gün, 14:14 | Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
    Bu gün, 14:12 | Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
    Bu gün, 10:31 | Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
    Bu gün, 10:22 | 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
    Bu gün, 10:19 | Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
    Bu gün, 10:17 | Zelenski Türkiyəyə səfər edəcək
    Bu gün, 10:13 | Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
    Bu gün, 10:11 | Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
    Bu gün, 10:09 | Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
    Bu gün, 10:07 | Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
    Bu gün, 09:54 | Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
    Bu gün, 09:51 | Azərbaycan nefti bahalaşdı
    Bu gün, 09:46 | “Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
    Bu gün, 09:10 | Kurban Berdıyevdan qələbə şərhi
    Dünən, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    Dünən, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    Dünən, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    Dünən, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    Dünən, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    Dünən, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    Dünən, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    Dünən, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    Dünən, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    Dünən, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Dünən, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    Dünən, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    Dünən, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Dünən, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Dünən, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Dünən, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Dünən, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Dünən, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Dünən, 17:08 | Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
    Dünən, 17:06 | Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
    Dünən, 17:04 | Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
    Dünən, 16:31 | Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
    Dünən, 15:53 | Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
    Dünən, 15:40 | Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
    Dünən, 15:36 | Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
    Dünən, 15:31 | Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.