Zelenski Türkiyəyə səfər edəcək
Mediaxeberleri.Az Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Zelenskinin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcəyini açıqlayıb. İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Ukrayna ikitərəfli əməkdaşlığının inkişafı istiqamətində atıla biləcək addımlar müzakirə olunacaq. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdəki təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















