Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
Mediaxeberleri.Az xəbər verir ki, qəza rayonun Alakol kəndi istiqamətində qeyd alınıb. Belə ki, Şəmkir rayon sakini 2003-cü il təvəllüdlü Qurbanov Anar Saleh oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil kanala aşıb. Hadisə zamanı 4 nəfər xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. Belə ki, hadisə zamanı sürücü ilə yanaşı 1996-cı il təvəllüdlü Abuzər Abuzərli, 1991-ci il təvəllüdlü Rəşid Sabirli və 1992-ci il təvəllüdlü Turxan Kamranzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















