“Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
Bu gün Misli Premyer Liqasının X turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 15:00-da start götürəcək. Turun digər görüşündə "Qəbələ" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. Misli Premyer Liqası X tur 31 oktyabr 15:00. "Araz-Naxçıvan" - "Zirə"; 17:30. "Qəbələ" - "Qarabağ".
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















