2 manatlıq şirkət Pir Hüseyn Qoruğundan 14 min manatlıq tender qazandı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində "Pir Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğu tərəfindən satınalma müqaviləsi imzalanıb. 32gun.az-ın verdiyi məlumata görə, "Qarışıq növ mallar"ın satın alınması üzrə keçirilən müsabiqənin qalibi "Nur Təchizat və Xidmət" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında ümumi dəyəri 13.825,40 AZN təşkil edən satınalma müqaviləsi bağlanıb. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ştq, Gənclik küçəsi, ev 7, mənzil 4 ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi Nərmin Yusifzadə Tahir qızı olan bu şirkətin nizamnamə kapitalı cəmi 2 AZN təşkil edir.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















