Ağır xəstə 6 aydır pensiya ala bilmir - VİDEO
Astara rayonunun Şiyəkəran kənd sakini, 43 yaşlı Sadiq Əhədovun səhhəti ilə bağlı problemləri var və hazırda ciddi sosial çətinliklərlə üzləşib. Əmisinin sözlərinə görə, Sadiq Əhədov təxminən 5 ildir ki, yataq xəstəsidir. Onun sol əli və ayağı iflic olub, hərəkət qabiliyyətini tamamilə itirib. Bundan əlavə, onun baş nahiyəsində 18 santimetrlik şiş var və bu səbəbdən görmə və eşitmə qabiliyyətini də itirib. Əmisi deyir ki, Sadiq əmək qabiliyyətini itirdiyi üçün pensiya təminatı ilə bağlı aidiyyəti qurumlara bu ilin may ayında müraciət edilib. Müraciətdən təxminən 5 ay keçməsinə baxmayaraq, hələ də bir nəticə yoxdur. Sadiq Əhmədovun vəziyyətinin daha da ağırlaşdıran məqam isə onun tək yaşamasıdır. Anasının vəfatından sonra tamamilə köməksiz qalıb. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 





















