Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • Ağır xəstə 6 aydır pensiya ala bilmir - VİDEO
  • Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
  • Sosial şəbəkələrin gizli tələsi
  • 29 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
  • Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR
  • Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
  • Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
  • Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
  • Şəhid İlkin Bayramovun anası vəfat edib
  • Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
  • Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
  • Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
  • Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
  • Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
  • Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
  • Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Məktəbin qabağında dini şüarlar səsləndirdilər
  • Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
  • Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR

  • Tarix: Bu gün, 20:50

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını “iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə xələl gətirməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq informasiya əməliyyatı” adlandırmaqla baş verənlərdə rəsmi Ankaranın iştirakını təkzib etsə də, proses başa çatmayıb.

Hazırda Türkiyənin yazılı və elektron mediasında, eləcə də sosial platformalarında Azərbaycana qarşı tənqidi, hətta təhqiramiz materiallar davam edir. Bu dəfə təhqirlərin dərəcəsini bir qədər də artırıblar. Misal üçün, Azərbaycanı “şərəfsiz, terrorçu, din düşməni, alçaq, cani, nammussuz” adlandıranlar var. Türkiyənin müvafiq qurumları isə bu təhqirlərin qarşısında sadəcə susur, daha öncəki kampaniyalarda olduğu kimi. Bu, DMM-nin açıqladığı mövqeyi də şübhə altına salır. Çünki daha öncə də apalıran qarayaxma kampaniyaları müəyyən bir mexanizmdən istifadə edildiyini göstərir: Türkiyə hakimiyyətinə yaxın media resurslarının da iştirakı ilə Azərbaycana informasiya hücumları həyata keçirlir, daha sonra DMM bunun əksinə mövqe sərgiləməklə məsuliyyəti kənar qüvvələrinə üzərinə qoyur. Bu dəfə də eyni mexanizmdən istifadə edilir və bir tərəfdən Azərbaycanın təhqir edilməsinə rəsmi şəkildə qarşı çıxırlar, digər tərəfdən, kampaniya davam edir. Türkiyə dövləti Azərbaycana qarşı informasiya hücumlarından həqiqətən narahat olsaydı, bu halların təkrarlanmaması istiqamətində həlledici addım atardı.

Son bir ildə anti-Azərbaycan kampaniyası geniş vüsət alır, Türkiyə hakimiyyəti isə yalnız “rəsmi narahatlığını” dilə gətirir.

Türkiyənin əsl məqsədi nədir?

Ankaranın rəsmi mövqeyi ilə reallıq arasındakı ikili oyunu göstərir ki, bir tərəfdən, Bakı ilə ikitərəfli münasibətlərin pisləşməsində “səbəbkar” olmaq istəmirlər, digər tərəfdən, qarayaxma kampaniyasının geniş şəkildə davam etdirilməsi ilə Türkiyə ictimai rəyini Azərbaycanın əleyhinə yönəldir, nüfuzunu zədələyirlər. Bu mürəkkəb situasiyanı anlamaq üçün son bir ildə Ankaranın Cənubi Qafqaz siyasətinə nəzər yetirmək lazımdır.

- Türkiyədə Azərbaycana qarşı informasiya hücumları artan xətt üzrə davam edir;
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində praktiki addımlar sürətlənir;


Məqsədin nə olduğu məhz bir-biri ilə sıx bağlı olan bu iki məsələdə anlaşılır. Türkiyədə Ermənistanla münasibətlərin qurulması, sərhədlərin açılmasını istəyən dairələr/qruplar hər zaman mövcud olub. Lakin Ankaranın buna getməməsinin səbəblərindən biri Türkiyədə Azərbaycan amilini nəzərə almadan Ermənistanla yaxınlaşmaya etiraz edən kəsimlərin mövqeyi olub. 2008-2009-cu illərdə Ankara-İrəvan xəttindəki “futbol diplomatiyası” və “Sürix protokolları” da məhz həmin kəsimin, eləcə də Azərbaycan ictimaiyyətinin etirazı ilə praktiki müstəvidə işləmədi. Daha sonra da müxtəlif formalarda edilən belə cəhdlər eyni səbəbdən baş tutmayıb.

Qarabağ məsələsinin həllindən sonra Türkiyənin hakim dairələrində Ermənistanla münasibətlərin qurulmasını, sərhədlərin açılmasını istəyənlərin mövqeləri güclənir. Ankarada Bakının mövqeyi nəzərə alınmadan İrəvanla yaxınlaşmanı dəstəkləyənlər var. 3-5 may tarixində İrəvanda səfərdə olan Fransa prezidenti Emmanuel Makronun Ermənistan-Türkiyə quru sərhədini keçmək planının, sonradan baş tutmasa da, razılaşdırılması bunun real nümunələrindəndir.

Son bir ildə Türkiyə və Ermənistan arasında keçirilən görüşlər isə Ankarada münasibətlərin qurulması, sərhədlərin açılması qərarının ön plana çıxdığına dəlalət edir.

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan son bir ildə dəfələrlə görüşüb. Ötən ilin aprelində Ankarada baş tutan görüş Ermənistanın “ilkin şərt olmadan münasibətlərin normallaşması” tələbi çərçivəsində keçirilib. Söhbət Azərbaycanın maraqlarını nəzərə almadan münasibətlərin qurulmasından gedir. Görüşün keçirilməsi Ankaranın İrəvanın bu istəyini qəbul etməsi deməkdir. 12 sentyabr 2025-ci ildə xüsusi nümayəndələrin sayca altıncı görüşü İrəvanda keçirildi. Görüşdə əldə olunan razılaşmalar xüsusilə diqqət çəkirdi.

- 2022-ci ildə Marqara sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılaşmanın sürətləndirilməsi;
- Qars-Gümrü dəmir yolu və elektrik xəttinin bərpası məqsədilə texniki araşdırmaların aparılması;
- Tarixi İpək Yolu (Ani) körpüsünün birgə bərpa edilməsi, eyni zamanda, tələbələr üçün təqaüd proqramlarının yaradılması;
- 2026-cı ilin yanvarından etibarən iki ölkə arasında aviauçuşların həyata keçirilməsi və s.


Sərdar Kılıçın İrəvanda olarkən, dediyi “özümü evimdəki kimi hiss edirəm”, “əsas məqsədim Türkiyəyə yox, “erməni xalqının rifahına və daha yaxşı gələcəyinə” töhfə verməkdir” kimi sözləri nə qədər qəribə görünsə də, Ankaranın İrəvanla yaxınlaşması fonunda diqqət çəkirdi.

Tərəflər arasındakı razılaşmalara əsasən bu ilin 28 aprel tarixində Qars-Gümrü dəmir yolunun bərpası üzrə işçi qrupu Qars şəhərində görüşdü və dəmir yolunun qısa zamanda istifadəyə verilməsi razılığı əldə olundu. Oktyabrın 5-də isə Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustu İrəvanda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə görüşüb. Rəsmilər Gümrü-Qars elektrik xəttinin bərpası və iki ölkənin enerji sistemlərinin birləşdirilməsini müzakirə ediblər. Türk Hava Yolları 11 mart tarixindən etibarən İstanbul-İrəvan reysi üzrə birbaşa uçuşlara başladı. Bu da razılaşmanın bir hissəsi idi.

Bu addımlar fonunda iki ölkənin liderləri – Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmasların intensivləşməsi diqqətdən yayınmır. İyunun 2-də Paşinyan Ərdoğana zəng edib. Liderlər BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında da bir araya gəldilər. Bu görüşlər kitab hədiyyələrinin verilməsi və səmimi görüntülərlə yadda qalıb. Ərdoğanla Paşinyanın görüşündən sonra Türkiyə xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı oldu. 9 oktyabrda baş tutan telefon söhbətində nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu telefon söhbətindən üç gün öncə - oktyabrın 6-da Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılması və dəmir yolunun bərpasının yaxın gələcəkdə reallaşacağını açıqlamışdı. Görünür, XİN rəhbərləri də məhz bu məsələləri müzakirə ediblər.

Ankara-İrəvan arasında təmasların sıxlaşması fonunda ikitərəfli ticarətin artması, bu istiqamətdə praktiki addımların atılması tərəflərin sərhədlərin açılmasına hazırlaşdığı təəssüratını gücləndirir. Avqustun 30-da Ararat Mirzoyan Ermənistanın xaricdəki diplomatik xidmət orqanlarının rəhbərlərinin iştirakı ilə Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsinə baş çəkdi. Bu ziyarət İrəvanın diplomatlarına sərhədin açılışına hazırlığı əyani şəkildə göstərməsinə hesablanmışdı.

3-4 sentyabr tarixində isə İrəvanda Ermənistan-Türkiyə Biznes Forumu keçirildi. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Forumda çıxışı zamanı bildirdi ki, “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması nəticəsində yaranan iqtisadi əlaqələri və ticarət məsələlərini yerində əlaqələndirəcək nümayəndəliyin yaradılması üçün yer ayırmağa hazırdırlar”. Beləliklə, Vanda Türkiyə-Ermənistan ticarət mərkəzi yaradılır.

Bütün bunlar Türkiyə-Ermənistan görüşlərinin və əlaqələrin qurulması istiqamətindəki addımların planlı şəkildə həyata keçirildiyini göstərir. Bu münasibətlərin normallaşması, yaxud “dostlaşma” deyil, çünki sərhəd infrastrukturunun qurulması, dəmir yolu və elektrik xəttinin bərpası, aviareyslərin həyata keçirilməsi və ticarətin genişləndirilməsi sistemli şəkildə davam edir. Bu baxımdan, atılan addımları Türkiyə və Ermənistanın sistemli “qardaşlaşması” adlandırmaq daha doğru olardı. Təbii ki, Ankara-İrəvan doğmalığı Türkiyənin əsl qardaşından – Azərbaycandan imtina etməsi ilə reallaşır. Türkiyədə son bir ildə Azərbaycana qarşı davamlı kampaniyanın aparılması, rəsmi Ankaranın buna şərait yaratması da məhz Ermənistanla qardaşlaşmanın yolunun açılmasına hesablanıb.

Aydın görünür ki, Türkiyə Ermənistanla sərhədləri açmamışdan və Azərbaycanla qardaşlıqdan imtina etməmişdən öncə daxili ictimai rəyi hazırlamaqla məşğuldur. Ankara səbəb olmadan bu addımı atarsa, hər zaman olduğu kimi, yenə Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı çıxan kəsimin etirazı ilə qarşılaşacaq. Buna görə həmin kəsimi susdurmaq üçün “əsaslı səbəb” lazımdır. Azərbaycanın Türkiyə ictimai rəyində etibarsızlaşdırılması, “düşmən” obrazının yaradılması bu “səbəbin” yaradılması məqsədi daşıyır. Əgər Türkiyə cəmiyyətində Azərbaycana olan dəstək aradan qalxarsa, Ankara heç bir etirazla qarşılaşmadan İrəvanla rahat şəkildə qucaqlaşa biləcək. Faktiki olaraq, Türkiyə rəhbərliyi dini və mənəviyyatı regional ambisiyalarının alətinə çevirir. Məqsəd regionda yeni güc balansını formalaşdırmaqdır və görünür, Ankara bu maraqları naminə qardaşına xəyanət etməkdən çəkinmək niyyətində deyil. Hərçənd, bu prosesin nəticələri təkcə ikitərəfli münasibətləri alt-üst etməyəcək, eyni zamanda, Cənubi Qafqazın bütün geosiyasi arxitekturasına mənfi təsir edəcək. Baş verəcək proseslərdən Türkiyənin özü də ciddi zərər görə bilər.

Asif Nərimanlı


Oxunub: 34
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 23:13 | Ağır xəstə 6 aydır pensiya ala bilmir - VİDEO
    Bu gün, 23:10 | Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
    Bu gün, 22:19 | Sosial şəbəkələrin gizli tələsi
    Bu gün, 21:39 | 29 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
    Bu gün, 20:50 | Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR
    Bu gün, 19:23 | Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
    Bu gün, 17:57 | Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
    Bu gün, 17:55 | Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
    Bu gün, 17:38 | Şəhid İlkin Bayramovun anası vəfat edib
    Bu gün, 16:40 | Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
    Bu gün, 16:39 | Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
    Bu gün, 14:53 | Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
    Bu gün, 14:43 | Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır
    Bu gün, 14:41 | Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”
    Bu gün, 14:39 | Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
    Bu gün, 14:37 | Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
    Bu gün, 14:36 | Məktəbin qabağında dini şüarlar səsləndirdilər
    Bu gün, 14:29 | Nazirlikdən pensiya artımları ilə bağlı AÇIQLAMA
    Bu gün, 14:26 | İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
    Bu gün, 14:25 | Azərbaycan 2-ci Liqası: “Ağstafa Gəncləri” doğma meydanda məğlub oldu - VİDEO
    Bu gün, 14:24 | 18 yaşlı oğlan tələbə yoldaşını bıçaqladı
    Bu gün, 14:11 | İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    Bu gün, 14:05 | Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır
    Bu gün, 13:50 | Sabah yağış yağacaq
    Bu gün, 13:44 | Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Bu gün, 13:32 | Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Bu gün, 13:09 | TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?
    Bu gün, 13:07 | “Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
    Bu gün, 13:05 | Kağız pulların üzərini yazanları hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:03 | Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
    Bu gün, 12:59 | Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Bu gün, 12:56 | Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"
    Bu gün, 12:54 | KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    Bu gün, 08:24 | Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"
    Bu gün, 07:57 | Ağstafada tövlədə 10 ton ot bağlaması yanıb
    Bu gün, 07:42 | Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Bu gün, 07:40 | Bakı-Qazax magistralında avtomobilin vurduğu piyada xəstəxanada ölüb
    Bu gün, 07:35 | Azərbaycan boksçusu Avropa çempionu oldu
    Bu gün, 07:20 | İdmandan kənar: 13 il heç kimə məğlub olmayan "Rusiya ayısı" necə yarandı?
    Bu gün, 07:16 | Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
    Bu gün, 07:13 | Uşaqlarda sızanaqları yanlış vasitələrlə müalicə etməyin təhlükələri
    Bu gün, 07:10 | Bu gəmilər düşmən hesab ediləcək - SEPAH
    Bu gün, 07:07 | Sənədsiz evlərə necə çıxarış almaq olar? - Video
    Dünən, 18:03 | MHP-nin kortejində qəza: ölü və yaralılar var
    Dünən, 18:02 | AB yüzminlərlə rusiyalı ilə bağlı qərar verəcək
    Dünən, 18:01 | Sabahın havası bu insanlar üçün əlverişlidir
    Dünən, 17:59 | Kamboca baş naziri Azərbaycana gəldi
    Dünən, 17:57 | Ukraynaya kömək edək ki, Rusiyanı vursun - Mixal
    Dünən, 17:55 | Boksçumuz Avropa çempionu oldu
    Dünən, 17:54 | Katz HƏMAS liderini ölümlə təhdid etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.