Siyəzəndə 33 min manatlıq bazarlıq
Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən nəqliyyat vasitələri və maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması həyata keçirilib. 32gun.az-ın məlumata görə, tenderin qalibi fiziki şəxs Qurbanov Şamo Əlşiraz oğlu olub və tərəflər arasında 32.998 AZN məbləğində müqavilə imzalanıb. İdarənin meliorasiya texnikalarının təmir və təchizatı üçün nəzərdə tutulan on minlərlə manatlıq dövlət vəsaitini hüquqi şəxs və ya ixtisaslaşmış şirkət əvəzinə fərdi sahibkara həvalə etməsi xüsusi diqqət çəkir.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















