Bu sahədə çalışanlar 4 min manatdan çox maaş alır
Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb. Mediaxeberleri.Az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir. Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib. Maliyyə-sığorta sahələrində çalışanların orta əməkhaqqısı 3102.1 manat olmaqla siyahıda ikinci, informasiya-rabitə sahələrində isə 2130.2 manat olmaqla üçüncü yerlərdə qərarlaşıb. Ən aşağı ortaaylıq əməkhaqqı isə 749 manat olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















