Cəlilabad Rayon İcra Hakimiyyətindən əsaslı təmir bazarlığı - 376 min manatlıq
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində yol infrastrukturunun yenilənməsi məqsədilə iri satınalma müsabiqəsi elan olunub. 32gun.az-ın əldə etdiyi məlumata görə, tender "Cəlilabad şəhərində yolların əsaslı təmiri" işlərinin həyata keçirilməsini nəzərdə tutur. Sözügedən asfaltlama və əsaslı təmir layihəsinin ehtimal olunan qiyməti 376.493,16 AZN təşkil edir. Ayrılan yüz minlərlə manatlıq dövlət vəsaitinin şəhər yollarının keyfiyyətinə necə təsir edəcəyi və işlərin hansı icraçıya həvalə olunacağı maraq doğurur. Ayaz
Oxunub: 31
Xəbəri paylaş
Paylaş:





















