DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
19 iyul, bazar günü keçiriləcək Dünya Kuboku finalında hissələrarası fasilənin 20-25 dəqiqə davam edəcəyi gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, fasilə zamanı məşhur müğənnilər - Castin Biber, Madonna, Şakira və Koreyanın oğlan musiqi qrupu BTS-in birgə çıxışları ilə 11 dəqiqəlik “Super Boul” üslubunda şou keçiriləcək. Qeyd edək ki, keçən il baş tutan klublararası Dünya Kuboku finalının fasiləsi Koldpley, J Balvin, Doja Ket, Tems və Emmanuel Kellinin çıxışları səbəbindən 24 dəqiqə davam edib. Xatırladaq ki, dünya çempionatının ilk finalçısı dünən Fransa millisini 2:0 məğlub edən İspaniya olub.
Oxunub: 50
Xəbəri paylaş
Paylaş:





















