Kəmaləddin Heydərov Kənan Yolçuyevə yüksək vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis müavini təyin olunub. Mediaxeberleri.Az Musavat.com-a istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə mayor Kənan Yolçuyev təyin edilib. Kənan Yolçuyev bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətində Yanğın Növbəsinin rəisi vəzifəsində çalışıb.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















