Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünləri nədir? - VİDEO
Peşə təhsili müəssisələrində bəzi ixtisaslar var ki, onların təhsil haqqı olduqca yüksəkdir. 2500, 3500, 4500 və ya 5 min manat… Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun sözlərinə görə, buna səbəb həmin ixtisasları bitirənlərə beynəlxalq sertifikatların verilməsi, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin prosesdə ekspertlərin iştirakı ilə bağlıdır. Təhsil haqqı yüksək olan, beynəlxalq sertifikat verən ixtisaslar içərisində Dizayn, Kibertəhlükəsizlik, Elektrik qaz qaynağı kimi fərqli sahələr var. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxunub: 36
Xəbəri paylaş
Paylaş:





















