Elvira Hacıbalayeva vəzifəsindən azad edildi
Xəbər verdiyimiz kimi, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib. Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib. Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Mediaxeberleri.Az-a Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib. Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















