Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib. Universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb. Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü: Coğrafiya müəllimliyi – 8 nəfər Tarix müəllimliyi – 29 nəfər Təhsildə sosial-psixoloji xidmət – 57 nəfər Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 29 nəfər Tarix – 28 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 40 nəfər Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə: İbtidai sinif müəllimliyi Məktəbəqədər təhsil – 39 nəfər Psixologiya – 35 nəfər Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 31 nəfər Riyaziyyat və informatika müəllimliyi Xarici dil müəllimliyi (ingilis dili) – 41 nəfər Filologiya (İngilis dili və ədəbiyyatı) – 29 nəfər Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir. Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.





















