Vəzifədən azad edilən Ziyafət Tağıyeva Eldar Əzizovun qudası imiş - FOTO
Xəbər verdiyimiz kimi, Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib. “Unikal”ın ötən gün yaydığı məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, Ziyafət Tağıyeva Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qudasıdır. Onun oğlu Anar Tağıyev isə Yevlax rayon icra hakimiyyətinin başçısıdır.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















