Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı
Nepalda daşqınların vurduğu ziyan bir neçə milyard dollara çata bilər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Svarnim Vaqle “Blumberq”ə açıqlamasında bildirib. “Ümumi itkilər və zərər təxminən bir həftə ərzində qiymətləndiriləcək. Düşünürəm ki, bu məbləğ ən azı bir neçə milyard dollar olacaq", - Vaqle qeyd edib. Onun sözlərinə görə, Dünya Bankı digər layihələr üçün nəzərdə tutulan bölüşdürülməmiş vəsaitlərinin ən azı 10%-ni Nepalın humanitar ehtiyaclarına yönəltməyi öhdəsinə götürüb. Bu məbləğ təxminən 160 milyon dollar təşkil edəcək. Nazir əlavə edib ki, əlavə olaraq, Asiya İnkişaf Bankı 5 milyon dollar ayırmaq niyyətindədir.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















