Bu tədbirin bir fotosu görünür, amma bu fotoya gəlib çatmaq üçün 10 gündən çox davam edən ciddi bir hazırlıq prosesi var.
Hər detalı əvvəlcədən düşünmək, planlamaq, dəfələrlə üzərində işləmək, çatışmayanları tamamlamaq, hər şeyin vaxtında və düzgün şəkildə hazır olması üçün son ana qədər çalışmaq...
Bəzən tədbirin bir neçə saatlıq görüntüsünün arxasında günlərlə davam edən böyük bir zəhmət olur. Bu tədbirdə də ilk ideyadan son detala qədər bütün prosesin içində olmaq və hər mərhələni addım-addım hazırlamaq mənim üçün həm böyük məsuliyyət, həm də böyük əziyyət idi.
Amma nəticəni görəndə bütün yorğunluğa dəyir.
Dəstək olan, əziyyətimi bölüşən və bu prosesdə yanımda olan hər kəsə təşəkkür edirəm.
Tədbirin Şəmkirdə keçirilməsi isə Şəmkir gənclərinin Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin səhifəsinə ünvanladıqları müraciətdən başladı. Gənclər düşərgə formatında maraqlı və fərqli bir tədbir keçirilməsini istəmişdilər. Biz də onların istəyini reallaşdırdıq.
İştirakınız və gözəl enerjiniz üçün təşəkkürlər,
Ən maraqlısı isə budur ki, 19:00-da başlayan tədbir 23:00-da başa çatsa da, gənclər daha bir saat davam etməsini istəyirdilər.
Məncə, hazırladığın bir işin ən gözəl nəticəsi də elə budur — insanlar tədbirdən ayrılmaq istəmirlər.
10 gündən çox hazırlıq, bir neçə saatlıq tədbir və yadda qalan bir nəticə.