Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
  • Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
  • Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
  • Elton qızına toy edir - VİDEO
  • Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
  • Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
  • Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
  • Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
  • Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
  • Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
  • Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
  • AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
  • Müavinət və təqaüd alanların nəzərinə!
  • “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
  • Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
  • Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
  • Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
  • Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
  • Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
  • 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MÜRGÜLƏYƏN ALİMLƏR, YOXSA MÜRGÜLƏYƏN CƏMİYYƏT? - Bizdə təkcə alimlər mürgüləmir...

  • Tarix: 26-02-2026, 21:57

İlham Əhmədov, 

Dosent

Son günlər sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının iclasından çəkilmiş fotolar geniş müzakirə olunur. Kadrlarda yaşlı alimlərin iclas zamanı mürgüləməsi cəmiyyətin ironiyasına, tənqidinə və istehzasına səbəb olub. Əslində isə burada təəccüblü heç nə yoxdur. Yaşlı insanın uzun çəkən iclas zamanı mürgüləməsi bioloji olaraq təbii hadisədir.

Bu nə faciə, nə də milli böhran göstəricisidir. Biz şəkilə baxıb nəticə çıxarırıq, amma mahiyyətə baxıb sual vermirik.

Dünya nə müzakirə edir, biz nə müzakirə edirik?

Bəlkə problem heç də mürgüləyən alimlərdə deyil? Bəlkə problem uzun illərdir mürgüləyən cəmiyyətdədir? Bir aforizmdə deyildiyi kimi, yaxşı olardı ki, biz insanları, hadisələri yox, ideyaları müzakirə edək.

Əgər cəmiyyət oyaq olsaydı, fotodakı səhnəni deyil, 30 ildir davam edən elmi letargiyanı müzakirə edərdi. Cəmiyyət sual verərdi ki, niyə Azərbaycan elmi bu vəziyyətdədir?

Niyə elmi nəticələr iqtisadi dəyərə çevrilmir?

Niyə elmi müəssisələr, universitetlər nəinki ölkəyə valyuta gətirmir, heç özünü saxlaya bilmir?

Niyə iqtisadiyyatdan elmə sifarişlər, müqavilələr və sponsor dəstəyi gəlmir?

Məsələn, "Qarabağ" FK futbol klubu bir mövsümdə ölkəyə 40 milyon dollara yaxın (65 milyon manat) xarici valyuta gətirə bilir, bəs Akademiya, universitetlərimiz toplam olaraq 35 ildə ölkəyə bu həcmdə vəsait qazandırıbmı?

Bu suallar istehza deyil, sistem müqayisəsidir. Futbol nəticə tələb edir. Elm isə illərlə nəticəsiz qala bilir.

Büdcə, maaş və motivasiya

İllərdir elmin büdcəsi real ehtiyacdan dəfələrlə azdır. Alimlərin maaşı aşağı, təqaüdlər zəif, laboratoriya imkanları məhduddur. Niyə alim daim maddi sıxıntı içində yaşamalıdır? Niyə gənc tədqiqatçı üçün elm sosial lift deyil? Niyə gənclər biznesə, xarici ölkələrə, başqa sahələrə yönəlir, amma laboratoriyaya yox? Çünki elm cazibədar deyil, sistem motivasiya yaratmır, nəticə tələb olunmur.

Qrant sistemi və şəffaflıq

Elm qrant üzərində qurulur. Layihə yazılır, maliyyə alınır, nəticə ortaya qoyulur. Bizdə isə qrantların həcmi çüzi, müsabiqə mexanizmi mübahisəlidir, şəffaflıqla bağlı çoxlu suallar var, performans ölçümü zəifdir. Təhsil Nazirliyi (TN)Elm və təhsil Nazirliyi (ETN) oldu. Dəyişin nə oldu? TN komandası 30 ildə təhsili ağ günə çıxara bilmirdi, indi 4 ildir elm və təhsili birgə idarə edir. Nə dəyişdi? Elm maliyyəsiz və rəqabətsiz inkişaf etmir. Əgər maliyyə mexanizmi səmərəli deyilsə, nəticə də olmayacaq.

Cəmiyyət niyə susur?

Əsl problem budur ki, belə suallar illərdir ciddi ictimai müzakirə və qınaq mövzusu deyil. Cəmiyyət alimlərin mürgüləməsini müzakirə edir, amma elmin struktur islahatlarını, akademiyanın səmərəliyini, tədqiqat institutlarının real nəticəsini, elmi məhsulun iqtisadi dövriyyəyə qoşulmasını nədənsə heç müzakirə etmir.

Dünya elm və təhsili rəqəmsal transformasiya edir, biz buna hazırıqmı? Süni intellektin inkişafı elm sahələrini, elmi fəaliyyəti alimi necə dəyişdirəcək, elmimiz, alimlərimiz buna hazırdırmı? Ölkədə elm və təhsilin indiki zəif durumu intellektual süvurenliyə, milli təhlükəsizliyə nə kimi təhdidlər yaradır? Əgər biz belə suallar qoymuruqsa, bu artıq kollektiv mürgüləmədir.

İnsanları yox, ideyaları müzakirə edək

Bir aforizm var: “Kiçik beyinlər insanları, orta beyinlər hadisələri, böyük beyinlər isə ideyaları müzakirə edir.” (Eleanor Roosevelt).

Biz isə hələ də insanları, bəzən də hadisələri, alimlərin yaşını, şəxsləri, şəkilləri müzakirə edirik. Amma ideyanı, təşəbbüsləri müzakirə etmirik. Əsas müzakirə edilməli məsələlər isə budur: Azərbaycan elmi necə dirçəlməlidir? Akademiyada islahat necə aparılmalıdır? Elmi institutlar universitetlərə inteqrasiya olundu, bunun nəticəsi oldumu? Niyə bu hiss edilmir? Maliyyələşmə performansa bağlanmalıdırmı? Gənclər üçün elm real karyera yoluna çevrilməlidirmi? Necə? Elmi nəticələr kommersiyalaşa bilirmi? Niyə 15 ildir elmin inkişafına dair dövlət proqramları qəbul edilmir? Elm nəhayət nə vaxt normal maliyyələşəcək? Alimlərin sosial durumu nə vaxt yaxşılaşacaq?

Bu məsələlər müzakirə edilməlidir, əks halda, mürgüləmə davam edəcək. Yaşlı alimlərin mürgüləməsi təbiidir. Amma cəmiyyətin uzunmüddətli mürgüləməsi təhlükəlidir. Əgər biz 30 il davam edən elm və təhsil durğunluğu, postneft erasında bizi gözləyən problemləri deyil, bir iclasdakı epizodu müzakirə ediriksə, deməli problem fərdlərdə yox, cəmiyyətdədir.

Narahatedici fakt budur ki, bizdə təkcə alimlər yox, ideyalar, təşəbbüslər, innovasiyalar mürgüləyir. Çünki, cəmiyyətdə tənqid və özünütənqid də, sual vermək mədəniyyəti də yuxudadır.

“AzPolitika.info”


Oxunub: 400
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Bu gün, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Bu gün, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Bu gün, 16:46 | Elton qızına toy edir - VİDEO
    Bu gün, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Bu gün, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Bu gün, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Bu gün, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Bu gün, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Bu gün, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Bu gün, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Bu gün, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Bu gün, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Bu gün, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Bu gün, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Bu gün, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Bu gün, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Bu gün, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Bu gün, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Bu gün, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Bu gün, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Bu gün, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Bu gün, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Bu gün, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Bu gün, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Bu gün, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Bu gün, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Bu gün, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Bu gün, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Bu gün, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Bu gün, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Bu gün, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Bu gün, 11:33 | BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
    Bu gün, 10:58 | Rusiyadan Krım körpüsünün vurulmasına cavab – Paytaxt və iri şəhərlərə aramsız zərbələr endirilir
    Bu gün, 10:14 | “Atlant”ın rəhbəri vəfat etdi
    Bu gün, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Bu gün, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Bu gün, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Bu gün, 07:31 | Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
    Bu gün, 07:28 | Göyçayda ağır qəza: ölən var
    Bu gün, 07:27 | Kök şirəsi orqanizmə belə zərər verə bilər
    Bu gün, 07:00 | Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 22:08 | İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
    Dünən, 21:28 | Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
    Dünən, 21:03 | Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
    Dünən, 20:38 | 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
    Dünən, 20:11 | İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
    Dünən, 20:10 | Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
    Dünən, 20:06 | Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
    Dünən, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.